22:22 – xeber – Avropa Parlamentinin Çexiya Kommunist Partiyasının deputatı Miloslav Ransdorf dünyasını dəyişib. Axar.az Novinki-yə istinadən xəbər verir ki, 62 yaşlı deputat uzun müddətdir ki, diabetdən əziyyət çəkirdi. Lakin onun ölüm səbəbi hələ ki, dəqiqləşdirilməyib. Xatırladaq ki, Miloslav Ransdorf Avropa hakim qüvvələrinin tənqidçisi və rəsmi Moskvanın tərəfdarı kimi tanınırdı. axar.az