Zulfiyye Xanbabayevanin seyaheti (FOTO)

17 İyun 2016 10:41 – xeber –
Xalq artisti Zülfiyyə Xanbabayeva səyahət etməyi xoşlayan sənətçilərdəndir. 
Olkem.az bildirir ki, müğənni buro247.az saytının "Ulduz bələdçi" rubrikasının qonağı olub. 

– Səyahət sizin üçün nə deməkdir?
– Həyatımın, demək olar ki, çox hissəsi səfərlərdə keçir. Səyahət mənim üçün müxtəlif insanların həyat tərzini görmək, öz dünyagörüşünü artırmaqdır.
– İlk səfərinizi necə xatırlayırsınız?
– Birinci səfərim 14-15 yaşımda Baltikyanı ölkələrə olmuşdu. O qədər gözəl keçmişdi ki, hələ də xatirimdədir. 
– Təkbaşına səyahətləri xoşlayırsınız, yoxsa yol yoldaşınız olmalıdır?
– Mütləq yol yoldaşım olmalıdır, çünki gözəl anları paylaşmağı sevirəm.
– Sizi daha çox təbiət, insanlar, yoxsa tarixi yerlər maraqlandırır?
– Həm təbiəti, həm də tarixi yerləri sevirəm. Çalışıram ki, səfər etdiyim hər ölkədə əsas gəzməli-görməli yerlərdə olum.
– Qatar, gəmi, təyyarə ilə səyahət – hansı daha maraqlıdır?
– Kruiz səyahətində olmuşam, amma həm rahatlıq, həm də zaman baxımından təyyarə ilə səfər etməyə üstünlük verirəm.
– Səfərə necə hazırlaşırsınız?
– Heç vaxt öncədən planlaşdırmıram. Elə olub ki, 2-3 gün ərzində Amerikaya getməyə qərar vermişəm.
– Hansı ölkənin mətbəxini bəyənirsiniz?
– Bütün ölkələrin milli mətbəxi dadlıdır. Ancaq Asiya mətbəxinə daha çox üstünlük verirəm. Vyana şəhərində olarkən isə Avstriya mətbəxi ilə tanış oldum və çox bəyəndim.
– Haraya yenidən qayıtmaq istərdiniz?
– Yenidən böyük məmnuniyyətlə Sinqapura geri dönərdim.
– Ən çox hansı səfəriniz yadda qalıb?
– Bəzi səfərlərə ancaq uşaqlıqdan sevdiyim məşhur sənətçilərin konsertlərində iştirak etmək üçün çıxmışam. Bu baxımdan Las-Veqas mənim ən sevimli şəhərimdir. Yadımdadır, Parisə ilk dəfə Corc Mayklın konserti üçün getmişdim. 
– Hansı ölkəyə getmək arzusundasınız?
– Yaponiyaya səyahət etmək istərdim. Düşünürəm ki, bu ölkə kosmik sürətlə inkişaf edir və dəyişir.
– Bu və ya digər səbəblərdən səyahət etməkdən çəkinən insanlara nə məsləhət görərdiniz?
– Mən özüm ingilis dilini mükəmməl şəkildə bilməsəm də xaricdə bunun öhdəsindən gələ bilirəm. Təkcə restoranlarda menyudan yemək sifarişində çətinliklərim olur. Ancaq bu, alış-verişlərə aid deyil. Odur ki, gənclərə mütləq xarici dilləri öyrənməyi məsləhət görərdim.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org