Ziyafet Esgerov italiyali senatorlari qebul etdi

20:34 – xeber – Sentyabrın 30-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İtaliya parlamentinin senatorları və deputatlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
 
Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını Milli Məclisdə salamlayan I vitse-spiker dövlətlərarası və beynəlxalq münasibətləri möhkəmləndirmək üçün bu tədbirin yaxşı platforma olduğunu vurğulayıb. Ölkəmizdə İtaliya ilə əməkdaşlığa önəm verildiyini dedi. İqtisadi, ticarət və humanitar əlaqələrin daha da dərinləşməsinə tərəfdar olduğumuzu nəzərə çatdırıb.
 
Azərbaycan prezidentinin İtaliyaya səfərləri zamanı bir sıra sənədlərin imzalandığını qeyd edən Ziyafət Əsgərov bildirib ki, Milli Məclis qanunvericilik fəaliyyətində həmin münasibətlərin hüquqi bazasını möhkəmləndirməyə çalışıb. Parlamentlərarası əlaqələrimiz inkişaf edir və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupumuzda 24 deputat təmsil olunur.
 
Görüşdə İtaliya Senatında Maliyyə işləri üzrə komitənin sədri senator Mauro Mariya Marino  Milli Məclisin deputatı Azər Kərimlinin rəhbərlik etdiyi işçi qrupla sıx əlaqələrin qurulduğunu söyləyib. Öz ölkəsində Azərbaycanla münasibətlərin inkişafına strateji baxımdan böyük əhəmiyyət verildiyini deyib. Təmsil etdikləri İtaliya parlamentinin hər iki palatasında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dəstəkləndiyini xüsusi vurğulayıb. Qonaq Bakıdakı Humanitar Forumla bağlı xoş təəssüratlarını bölüşüb. Çoxşaxəli əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
 
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq aləmdəki münasibətdən, nüfuzlu təşkilatlarda qəbul olunmuş qətnamələrdən söz açan Ziyafət Əsgərov ATƏT-in üzvü və sivil dövlət olaraq İtaliyanın bu problemin həllinə dəstəyini artırmasını arzulayıb. Ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən danışaraq Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada həyata keçirilən layihələri qeyd edib. Əməkdaşlığın inkişafı üçün çox yaxşı perspektivlər olduğunu deyib. Azərbaycanın regiondakı iqtisadi mövqeyi və yaxın gələcəkdəki imkanları barədə danışıb.
 
Fikirlərini bölüşən qonaqlardan xanım deputat Kristina Barcero vurğulayıb ki, Azərbaycandakı tolerantlıq və multikultural ənənələr demokratiyanın göstəricisidir. Sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov italiyalı senatorları və deputatları maraqlandıran bir sıra sualları cavablandırıb.
 
Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və  İtaliyanın ölkəmizdəki səfiri Canpaolo Kutillo iştirak edib. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org