Zerrabin turmeden sok telimati:


[r32]
– xeber –
Azərbaycanlı iş adamı Rza Zərrabın FTB-nun verdiyi korlinks tətbiqi vasitəsilə həbsxanadan işçilərinə təlimat verdiyi üzə çıxıb.
Axar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Zərrabın saxlanılan işçilərinin telefonlarında aparılan axtarışlar zamanı şok detallar ortaya çıxıb.
Belə ki, iş adamının Türkiyədəki katibəsi Sinəm Arslanın telefonundakı axtarışlar zamanı Zərrabdan ona hər gün mesajlar gəldiyi məlum olub. Bundan əlavə, Zərrabın vəkilləri və antikvarçıları ilə Skayp vasitəsilə danışdığı bildirilir. S.Arslan ifadəsində müdiri ilə daimi olaraq ünsiyyətdə olduğunu etiraf edib və Zərrabın həyat yoldaşı, övladı və digər qohumlarının xüsusi günlərinin unudulmaması və onlara hədiyyələr verilməsi barədə tapşırıqlar verdiyini bildirib.
Baş Prokurorluq Zərrabın katibəsinə göndərdiyi bəzi mesajların məzmununu ictimaiyyətə açıqlayıb.
– Bazar ertəsi Makedoniya konsulluğuna gedib detalları öyrənəcəksən!
– Vəkillərlə iclas keçirib buradakı cəzam bitəndə Dubayda yaşamağım üçün viza alınması və s. məsələlərlə bağlı detalları araşdır!
– Məndən imzalı təlimat gəlmədən heç kimə ödəniş etməyin!
– Gündəlik olaraq çıxan qəzetləri arxivləşdir!
– Əntiq əşyalarımın və tablolarımın maddi dəyəri ilə bağlı sənədləri bir yerə yığ!
– Ailəmin xüsusi günlərini yaddan çıxartma!

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org