Zerif İrevanda soz dedi, Bakida ise imzaladi…


[r32]
– xeber –
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Bakıda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayan bəyanata imza atması onun İrəvanda dediklərinə zidd idi.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi təhlilçi görüşün yekun bəyanatında üç bəndin daha çox diqqəti cəlb etdiyini vurğulayıb:
“Birincisi, nazirlər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına çağırış etdilər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyi xüsusi qeyd edildi. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dekabrın 1-də Ermənistanda rəsmi səfərdə olarkən bu ölkəni bölgədə “sülhün və əmin-amanlığın çarçısı və təminatçısı” adlandırmışdı. Zərifin Bakıda sözügedən bəyanata imza atması onun İrəvanda dediklərinə zidd idi. Odur ki, imzalanmış bəyanat deyilmiş sözdən daha dəyərli olmalıdır.
İkincisi, nazirlər Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd etdilər. Bu müddəa Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan qonşu ölkələrin regional layihələrə qarşı çıxmasını və bu layihələrə rəqib gözü ilə baxmasını istəmir. İranın Bakı-Tiflis-Qars dəmiryolunu dəstəkləməsi o deməkdir ki, Tehran Çindən çıxan malların Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən daşınmasının əleyhinə deyil, əksinə, bəlkə gələcəkdə öz yüklərini də bu xətt üzrə Avropaya daşıdı.
Üçüncüsü, rəsmi Bakı Qüds məsələsində Ankara və Tehranın mövqeyinə dəstək verir. Rəsmi Bakı İslam Əməkdaşlıq Təşkilatının son İstanbul toplantısının bəyannaməsini dəstəkləyir. Prezident İlham Əliyev bu toplantı ilə eyni gündə Bakıya beynəlxalq konfransa gələn ABŞ yəhudi lobbisinin liderləri ilə də görüşdü. Bu, rəsmi Bakının balansı qoruduğuna işarədir. Siyasət qarşılıqlı maraqlar üzərində qurulur. Azərbaycan Dağlıq Qarabağ məsələsində islam aləminin dəstəyinin artırılmasını arzulayır”.
Qeyd edək ki, ötən gün Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü baş tutub.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org