Zemlinski: "Azerbaycan namine her seye haziriq"

– xeber – Dünya Azərbaycanlılarının IV qurultayı, Prezident İlham Əliyevın tədbirin açılış mərasimindəki tarixi nitqi bütün dünyada yaşayan azərbaycanlıları vahid məqsəd ətrafında daha sıx birləşdirəcək.

 

Bu sözləri Azərtac-a müsahibəsində “Viktoriya” Avstraliya Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti xanım Tatyana Zemlinski deyib.

 

Dünya azərbaycanlılarının növbəti toplantısının böyük əhəmiyyətə malik olduğunu vurğulayan T.Zemlinski bildirib ki, diaspor quruculuğu sahəsində son illər Avstraliyada da mühüm uğurlar qazanılıb. Azərbaycan səfirliyinin Avstraliyada 2013-cü ildə açıldığını xatırladan Assosiasiya prezidenti vurğulayıb ki, məhz səfirliyin apardığı məqsədyönlü iş sayəsində Yaşıl qitədəki Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilib:

 

“Bu gün Avstraliyada yaşayan azərbaycanlılar ümumi amallar naminə sıx birləşiblər. Diasporumuz, o cümlədən Avstraliyada yaşayan azərbaycanlıların diaspor təşkilatları Azərbaycanın haqq səsinin eşidilməsində, bu ölkə ilə bağlı həqiqətlərin yayılmasında fəal çalışır. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin tarixi nitqi bütün diaspor təşkilatları üçün əsl istiqamətverici əhəmiyyətə malikdir. Diaspor təşkilatlarımız qarşısında duran vəzifələri müəyyən etməklə yanaşı, Prezidentin nitqi gənc Azərbaycanın artıq qüdrətli dövlətə çevrildiyini bir daha təsdiq etdi”.

 

Rəhbərlik etdiyi təşkilat barədə məumat verən T.Zemlinski burada əslən Azərbaycandan olan bir çox xalqların nümayəndələrinin vahid ideya ətrafında sıx birləşdiyini deyib. “Milliyətindən və dini etiqadından asılı olmayaraq, biz hamımız özümüzü əsl azərbaycanlı sayırıq və Azərbaycan uğrunda hər şeyə hazırıq”, – o vurğulayıb.

 

İyunun 11-də Melbrunda Assosiasiyaya məxsus “Azərbaycan evi”nin açılış mərasiminin keçiriləcəyini bildirən təşkilatın sədri Avstraliyada yaşayan bütün azərbaycanlların həmin günü səbirsizliklə gözlədiyini bildirib. Bildirib ki, bu ev hamımız üçün əziz olan Azərbaycanın uzaq Avstraliyada doğma guşəsinə çevriləcək.

 

Azərbaycanın böyük beynəlxlaq tədbirlərin, musiqi və idman yarışlarının keçirildiyi mərkəzə çevrildiyini qürurla qeyd edən T.Zemlinski Formula-1 Avropa Qran-prisini izləmək üçün ailəliklə Bakıya səfərə hazırlaşdıqlarını da söyləyib:

 

“Biz fəxr edirik ki, özünün inkişafı ilə dünya şəhərlərini kölgədə qoyan Bakı beynəlxalq yarışların yüksək səviyyədə təşkili ilə də öndə gedir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org