Zarafata gore teyyareden atildilar

17:59 – xeber – Ukraynada gənclər yersiz zarafatlarının qurbanı olub.

Olkem.az xeber verir ki, anspress-in RİA Novosti-yə istinadən məlumatına görə, Kiyev-Paris aviareysi ilə uçan təyyarə mərakeşli gənclərin zarafatına görə bir müddət uçuşu dayandırmalı olub.

Belə ki, təyyarədə olan 3 gənc bir-birlərilə zarafat edərək terror təşkilatlarındakı dostları ilə münasibətləri barədə danışıb. Bu məlumata reaksiya verən təyyarənin heyət üzvləri dərhal reysi dayandıraraq gəncləri hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Araşdırma zamanı müəyyən edilib ki, onlar sadəcə zarafat ediblər. Amma bu zarafatlarına görə gənclər hələ yerli polis orqanlarına da açıqlama verməli olacaqlar.

Oxşar hadisə bu yaxınlarda Danimarkada yaşanmışdı. Burda isə müsəlman gənc zarafat etdiyinə görə yox, dua oxuduğuna və dini film izlədiyi üçün təyyarədən düşürülmüşdü. Hadisə dekabr ayında Parisdə baş verən terror hücumları nəticəsində Avropada yaranan təşviş ərəfəsində baş vermişdi.

İsveçdə bir yarışa qatıldıqdan sonra Danimarkanın paytaxtı Kopenhagendən “Air France” təyyarəsi ilə Parisə, oradan da ölkəsi Mərakeşə dönməyə çalışan 20 yaşlı gənc təyyarə qalxmazdan əvvəl dua etdiyi və dini bir film izləməyə başladığı üçün Kastrup hava limanında təyyarədən endirilmişdi. Gəncin bir sərnişinin şikayəti ilə kapitan tərəfindən təyyarədən çıxarıldığı bildirilmişdi.

Amma sonradan hava limanındakı polislər tərəfindən gəncin üzərindən və çantasından şübhəli heç nə aşkarlanmadığı üçün sərbəst buraxılmışdı.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org