Zaqatalata partlayis – Yaralananlar var

10:09 – xeber – Zaqatalada fərdi yaşayış evində partlayış olub, iki nəfər yanıq xəsarəti alıb.
 
Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, fevralın 19-dan 20-nə keçən gecə rayonun Danaçı kəndində yerli sakin  İsmayıl Yumuxova məxsus, ümumi sahəsi 330 kv/m olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən qarışıq mallar mağazasında alovla müşahidə edilən partlayış baş verib.
 
Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Partlayış zərbəsinin gücündən  mağazanın qapı və pəncərəsi dağılıb. Partlayış baş verən zaman  yaranan alovdan İsmayıl Yumuxov və Cəbrayıl Kaştayev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zaqatala rayon DYMH-dən bildirilib ki, partlayışa  qaz sızması səbəb olub.
 
Zaqatala RMX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən  İsmayıl Yumuxova hər iki əlin və sifətin 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Cəbrayıl Kaştayevə isə hər iki əlin və sifətin 1-ci  dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti yüngül olduğundan müayinədən sonra o, ambulator müalicə almaq şərtilə evə buraxılıb.
 
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org