13:20 – xeber – Fevral ayında Zaqatalada baş vermiş oğurluq hadisəsinin üstü açılıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, cari il fevralın 12-də Zaqatala şəhər sakini Rüstəm Hüseynova məxsus fındıq sexindən 7 kisə (300 kq) ləpə oğurlanıb.
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Əmrullah Məmmədov tutulub.