Zamin Bankdan Aybeniz Hasimovaya qarsi kobudluq: "Bizi aldadiblar" (FOTO)

24 Fevral 2016 17:31 – xeber –
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "ZaminBank"dan şikayətlənərək onlara qarşı böyük hörmətsizlik və kobudluq edildiyini bildirib. 
Aynişan deyib ki, bank verdiyi sözlə əməl etməyərək onları aldadıb.
""ZaminBank" bir neçə aydır ki, vəzifəsini doğru şəkildə yerinə yetirmir. Pul köçürməsinin 10 dəqiqə ərzində hesaba yatıracaqlarına söz verib, amma günlərlə gecikdirirlər. "Pul niyə yatırılmayıb?" sualına isə "Biz yatırmışıq, qarşı tərəfdəki bank pulunuzu vermir" deyərək bizi aldadır. Üstlərinə gedildiyi zaman öz günahları olduğunu gəbul edirlər.
Üç gün öncə pul köçürən anam Aybəniz Haşımova bu gün ünvanına 3 gündü yetişməyən məbləği bankdan "zornan" geri aldı. 
Öz pulunu, onların qeyri-peşəkarlığına görə geri alan müştəriyə kobud davranılıb. Bu bankda nə müştəri məmnuniyyəti var, nə də savadlı və vicdanlı personal. Bizim mediaya çıxışımızı bilən "ZaminBank" bunu bizə edirsə, görün normal əhaliyə necə davranırlar, xəbərimiz yoxdu. 
Heç kimin borcu deyil, sizin müştəriniz olmaq, sizin borcunuzdu müştəriyə son dərəcə nəzakətli davranmaq. Bankdan çox bank var, siz ən böyük reklamçınız olan Müştərilərinizi itirirsiniz!"
"ZaminBank"la əlaqə saxlamaq istəsək də, cəhtlərimiz boşa çıxıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org