Zakir Qaralov AŞPA meruzecileri ile gorusdu

20:57 – xeber – Bu gün Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Z. Qaralov bu ilin aprel ayından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn normalarını kobudcasına pozaraq qadağan edilmiş kimyəvi tərkibli hərbi sursatlardan istifadə edilməsi, qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində yaşayan mülki əhali arasında itkilərin olması, dinc əhalinin yüzlərlə əmlakına ziyan vurulması barədə məlumat verib.
 
Görüşdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verildiyi, bu istiqamətdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm işlərin görüldüyü xüsusi vurğulanıb.
 
Həmməruzəçilər son dövrlər Azərbaycan  Prezidentinin “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının və Amnistiya aktı haqqında qərarın qəbul edilməsini humanizm prinsipinin bariz nümayişi kimi qiymətləndirib.
 
Görüş zamanı Azərbaycanda fikir, söz və məlumat azadlıqlarının, siyasi plüralizm prinsiplərinin həyata keçirilməsinin təmin olunması sahəsində xeyli işlərin görüldüyü qonaqların diqqətinə çatdırılmaqla digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb. 
 
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org