Yunan nazir Baki qazindan danisdi – Yenilendi

23:23 – xeber – 22:48
 
Azərbaycanın Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici siyasət idarələrinə məktub göndərib.
 
Report xəbər verir ki, bunu Bakıda səfərdə olan yunanıstanlı həmkarı Nikos Kotzias ilə birgə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
 
XİN rəhbəri xatırladıb ki, Minsk qrupunun həmsədrləri bu yaxınlarda Dağlıq Qarabağ üzrə qəbul olunmuş bütün qərarların vasitəçilər ilə razılaşdırılmalı olmasına dair bəyanat yayıblar.
 
"Bu gülüncdür", – deyə nazir bildirib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq Azərbaycan XİN-i Rusiya, Fransa və ABŞ-ın xarici işlər nazirləri Sergey Lavrov, Loran Fabius və Con Kerriyə məktub göndərərək qeyd edib ki, "Azərbaycan beynəlxalq platformalarda istənilən məsələni qaldıra bilər və heç kim onun suveren işinə müdaxilə edə bilməz".
 
23:23
 
Nazirlər mətbuat konfransı keçiriblər.
 
Elmar Məmmədyarov Azərbaycan ilə Yunanıstan arasında kifayət qədər səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyib. Nazir yunanıstanlı həmkarı ilə görüşdə ikitərəfli və regional əməkdaşlığın inkişafı məsələlərinin müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, danışıqlar zamanı Avropa İttifaqı çərçivəsində əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi, energetika sahəsində əməkdaşlıq, həmçinin Avropada cərəyan edən proseslər diqqət mərkəzində olub.
 
Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin genişləndiyini bildirən xarici siyasət idarəsinin rəhbəri beynəlxalq təşkilatlarda da əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunduğunu vurğulayıb.
 
Azərbaycana səfərindən məmnunluğunu bildirən nazir Nikos Kotzias keçirilən görüşlərin məhsuldar olacağına inandığını söyləyib. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə dair səmərəli müzakirələrin aparıldığını deyən nazir Yunanıstanın Azərbaycan qazını almağı planlaşdırdığını və artıq infrastrukturla bağlı məsələlərin həll edildiyini diqqətə çatdırıb. N.Kotzias vurğulayıb ki, Yunanıstan TAP layihəsindən istifadəni və Azərbaycan qazının Avropaya nəqlini özü üçün vacib hesab edir. O qeyd edib ki, TAP-ın reallaşdırılması Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm addımlardan biridir.
 
Nazir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu diqqətə çatdırıb. O, Yunanıstanın Azərbaycanın tarixi tərəfdaşı olduğunu vurğulayıb. “Biz Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafında maraqlıyıq”, – deyə N.Kotzias əlavə edib.
 
Yunanıstanlı nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəsinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org