14:47 – xeber – Türkiyənin yeni baş naziri Binali Yıldırımın Azərbaycana səfərinin bəzi təfərrüatları məlum olub.
ANS-in məlumatına görə, Yıldırım Şimali Kipr Türk Respublikasına səfərdən əvvəl jurnalistlərə Azərbaycan səfəri zamanı onu müşayiət edəcək nazirlərin adlarını açıqlayıb.
Binali Yıldırımı səfər zamanı baş nazirin köməkçisi Tuğrul Türkeş, maliyyə naziri Naci Ağbal və meşə və su naziri Veysel Eroğlu müşayiət edəcək.
O, mətbuata açıqlamasında ənənəyə sadiq olaraq ilk səfərini Kiprə, daha sonra Azərbaycana edəcəyini deyib. Binali Yıldırım bu gün Şimali Kipr Türk Respublikasına səfərə gedib. Daha əvvəl baş nazirin iyinun 1-də Azərbaycana səfər edəcəyi barədə məlumat yayılsa da bu gün Türkiyə mətbuatı Yıldırımın Azərbaycana iyunun 3-də gələcəyi haqda yazıb. İstefa verən Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu da ilk rəsmi səfərini ənənəyə sadiq olaraq Şimali Kipr Türk Respublikasına və Azərbaycana etmişdi.