Yevlaxda toy qana boyandi: 5 olu, 3 yarali – Yenilendi

00:41 – xeber – 23:13
 
Yevlaxda ağır yol qəzası olub.
 
Axar.az Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən xəbər verir ki, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində  “VAZ” və “Dodge” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal nazirliyin Aran Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə xilasedicilər “VAZ” markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat saat 19:45-də başa çatıb.
 
00:41
 
Mingəçevir-Ağdaş yolunun Xaldan ərazisində baş verən ağır yol qəzası ilə bağlı yeni məlumat yayılıb.
 
Regionxeberleri.com xəbər verir ki, toy karvanında 3 maşın "Niva", "Dodge" (gəlin maşını) markalı və "Vaz 21015" markalı avtomobil toqquşub. Müxbirin verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb amma ölənlərin sayı artmaqdadır. Ölənlərdən 3-nün adı məlum deyil. 
 
Digərlərinin adları:
 
Orucov Zaur Eldar oğlu 1986 (yaralı)
Orucova Sevinc Oruc qızı  1962 (yaralı)
Mustafayev İlham Tariel oğlu 1986 (dünyasını dəyişib)
Mustafayeva Fərqanə İlham qızı  1966 (dünyasını dəyişib)
Mustafayeva Nigar Eldar 2009 qızı  (yaralı)
 
Hadisə yerindən əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir