Yeni nazir cenub zonasina gedir

18:22 – xeber – Rabitə və YüksəkTexnologiyalar naziri Ramin Quluzadə fevralın 3-də saat 11:00-da Lənkəran şəhərində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, poçt, internet, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
 
Nazirlikdən Axar.az-a verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı "Çağrı Mərkəzi", (012) 598-38-18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar:
 
Lənkəran rayonunda – 02525 54242
 
Astara rayonunda – 02522 51111
 
Masallı rayonunda – 02521 53004
 
Lerik rayonunda – 02527 44266
 
Yardımlı rayonunda – 02520 61255

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir