Yeni muellimlerin etirazi: Qeydiyyat niye gecikdirilir?


[r32]
– xeber –
Müəllimlərin işə qəbulu müsabiqələrindən uğurla keçən namizədlərin çoxu Feysbuk sosial şəbəkəsində etirazlara başlayıblar.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, etiraz edənlər daha çox Sumqayıt şəhərində işə qəbul edilən müəllimlər olublar. Belə ki, müsabiqədən uğurla keçdikdən sonra onlara qəbul olduqları məktəblərdə problemlər yaradıldığını bildiriblər. Müsabiqə qaliblərinin bir çoxu məktəb direktorlarının onlara öncədən müsabiqədə göstərildiyi kimi dərs saatı vermək istəmədiklərini, bu işdə onlara həmçinin Sumqayıt Təhsil Şöbəsinin də yardım etmədiyini iddia ediblər. Yeni müəllimlər həmçinin Sumqayıt Təhsil Şöbəsində də onlara qeydiyyatla bağlı problemlərin yaradıldığını və onların qeydiyyat müddətinin gecikdirildiyini vurğulayıblar.
Müəllimlər həmçinin qeydiyyat müddətinin məhdud olmasından da şikayətləniblər. Belə ki, şikayətçilər sentyabrın 5-nə qədər olan qeydiyyat müddətinin 4 gününün qeyri-iş gününə təsadüf etdiyini və bunun da onlara müəyyən problemlər yaradacağını söyləyiblər.
Məsələ ilə əlaqədar olaraq Sumqayıt Şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən verilən açıqlamada müəllimlərin dərs saatının onların şəxsi səhifələrində göstərildiyi kimi olacağı bildirildi:
“Məktəb direktoru namizədlərin iş saatlarına müdaxilə edə bilməzlər. Düzdür, namizədlərin sənəd qəbulu mərhələsində məktəblərdə bir az narahatlıq oldu. Rəsmi məktəblərinə gedən yeni müəllimləri direktorlar qəbul edə bilməyiblər. Çünki Təhsil Şöbəsinin rəsmi cavablarını gözləyirlər. Artıq biz onu yoluna qoymuşuq. Bu gündən işlər başladılıb, məktublar hazırlanır, sabaha qədər məktublar veriləcək. Bütün namizədlər yeni iş günündən etibarən sənədlərini məktəbə verə bilərlər”.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə yeni müəllimləri yaranan və onlara qarşı yaradılacaq problemlərlə bağlı dərhal Təhsil Nazirliyinin qaynar xəttinə müraciət etmələrini istəyib:
“Bayram günləri istisna olmaqla, namizədlər öz sənədləri ilə iş saatı müddətində qəbul olduqları məktəbə yaxınlaşa bilərlər. Məktəblərdə problemlə üzləşən müəllimlər 146 qaynar xəttə zəng vurub, öz şikayətlərini bizə bildirsinlər. Problemləri, tezliklə, aradan qaldırmağa çalışacağıq”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org