Yeni il yolkasini 5 min polis qoruyur

31 Dekabr 2015 18:33 – xeber –
Tailandın paytaxtı Banqkok şəhərində Yeni il yolkasını 5 min polis mühafizə edir.
Olkem.az anspress-ə istinadən bildirir ki, polis qüvvələri əsas Yeni il şənliyi keçiriləcək Central World ticarət mərkəzinin yaxınlığındakı meydanda yerləşdirilib. İnsanların kütləvi toplaşacağı məkanlarda metal detektorlar quraşdırılıb. Partlayıcı vasitələrin olub-olmadığını yoxlamaq üçün ərazi kinoloqlar tərəfindən də nəzarətə götürülüb.
Belə güclü təhlükəsizlik tədbirinin görülməsi avqustun 17-də məhz bu meydanın lap yaxınlığında 20 nəfərin ölməsi, 125 nəfərin yaralanması ilə nəticələnən terror aktının baş verməsi ilə əlaqədardır. Bu faciəyə baxmayaraq, hökumət Yeni ilin ənənəvi keçirildiyi məkanı başqa yerlə əvəz etməyib.
Tailandda Yeni il möhtəşəm qeyd edilir. Olduqca rəngarəng bəzədilən şəhər və xüsusi rəng çalarları ilə işıqlandırma Banqkoku Yeni il gecəsi nağıllar şəhərinə bənzədir.
Yeni il axşamı şəhərdə pop və rok ulduzların konserti ilə yanaşı, ənənəvi boks döyüşləri keçirilir.
Gecəyarıdan sonra isə Banqkokun səması atəşfəşanlıqla min bir rəngə boyanır. Şəhərin tarixi mərkəzlərindən olan Arun məbədinin divarlarında əks olunan lazer şousu zamanı isə əsrarəngiz mənzərə yaranır.
Yerli inanca görə, Yeni ilin məbəddə qarşılanması insanlara təzə ildə uğur gətirir və onları köhnə pis əməllərindən çəkindirir.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org