Yeni il oncesi bunlardan xilas olun – 5 vacib sert


[r32]
– xeber –
Yeni ili xoş əhval-ruhiyyədə qarşılamaq və arzuladığınıza nail olmaq istəyirsinizsə, yeni planlar üçün yer hazırlamalısınız. Maraqsız, əhəmiyyətini itirən, gələcək planlara mane olan köhnədən xilas olmaq lazımdır.
Axar.az bu barədə aparılan təhqiqat əsasında, Yeni ilin ilk gününə qədər xilas olmağınız gərəkən 5 vacib şərti təqdim edir.
1. Artıq əşyalar
Əsas şərt budur: əgər bu əşya mənasızdırsa və sizə rahatlıq gətirmirsə, onu evdə saxlamayın. İkinsi, əgər il ərzində o əşyaya heç olmasa bir dəfə toxunmamısınızsa, atın və ya kiməsə hədiyyə edin.
Bu cür əşyalar mebel, texnika və ya yaxşı vəziyyətdə geyimdirsə, sata da bilərsiniz.
Ən məraqlısı isə dəyişməkdir. Sizə mənasız olan əşya kiminçünsə dəyərli ola bilər. Sözügedən əşyaları bir kənara yığın, dostlarınızı qonaq çağırın və onlara niyyətinizi deyin.
Dəyişmə prosesinə kitabdan başlaya bilərsiniz. Uşaq əşyalarını dəyişmək ən ideal variantdır: hər iki ailə yeni oyuncaq qazanmış olacaq.
2. Ziyanlı tanışlıq
Əgər il ərzində hər hansı tanışınız və ya dostunuz sizə narahatlıq yaradıbsa, onunla münasibəti Yeni ilə qoymayın. Mümkün qədər məsafə saxlayın və əlaqələri minimuma endirin.
3. Arzuolunmayan öhdəliklər
Ay ərzində “öhdəlik” olaraq icra etdiyiniz nələr sizi narahat edir? Gözəllik salonuna vaxtaşırı getmək, yoxsa istəmədiyiniz bir yerdə gəzmək?
Hamısını saf-çürük edin və sizi rahatsız edən “öhdəliklərdən” əl çəkin.
4. Ziyanlı vərdişlər
Həqiqətin gözünə düz baxın və özünüzdən soruşun: hansı pis vərdişləriniz var?
Səhər tezdən siqaret çəkirsiniz? Səhər yeməyi yemirsiniz? Başqa hansı pis vərdişləriniz var?
Özünüzə vaxt ayırın, ətrafınıza baxın: pis vərdişlərdən xilas olun və xoşbəxt olmağa çalışın.
5. Təəssüf
Bu il baş verən xoşəgəlməz hadisələr, düşdüyünüz arzulanmaz situasiyalar və s. hamısını yaddaşınızdan silin. Qrasian deyirdi ki, keşmişin təəssüfləri ilə yaşayanlar yalnız ağılsız adamlardır.
Bir gününüzü ayırın, düşdüyünüz çətin vəziyyətləri göz önünə gətirin: necə oldu ki, maddi ziyana uğradınız, səhhətinizə ziyan dəydi, hansı məqamlarda özünüzü naqolay hiss etdiniz? Hamısını saf-çürük edin, nəticə çıxarın, qərar verin və… həmin hadisələri birdəfəlik unudun, təəssüf hissi ilə qətiyyən yaşamayın.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org