Yeni il gecesinin makiyaji (FOTO)

30 Dekabr 2015 16:54 – xeber –
Bütün modapərəstlər yaxşı bilirlər ki, Yeni il obrazı üçün geyimdə və makiyajda ən effektli rəng qırmızıdır!
Publika.az xəbər verir ki, dəb mütəxəssisləri Yeni il gecəsi üçün xanımlara klassik qırmızı və zoğalı dodaq boyasını tövsiyə edir. Qaranlıq gecədə heç bir rəng dodaqları qırmızı qədər gözəl göstərmək gücünə malik deyil. Yeri gəlmişkən, qeyd edək ki, qırmızı dodaq boyası kişilərin diqqətini cəlb etmək üçün ən düzgün vasitədir. Lakin qırmızı dodaq boyasının da öz qanunları var.
 
Məsələn, qırmızı dodaq boyası çəkməzdən əvvəl dəri tonunun qeydinə qalın. Qızartı, yaxud sızanaq varsa, makiyaj ikinci planda qalacaq. Üstəlik, qırmızı dodaq boyası rəqabətə dözmür. Siz dodaqlarınızı qırmızı dodaq boyası ilə vurğulamağa qərar vermisinizsə, qalan bütün makiyajı sadə, neytral tonlarda etməlisiniz. Yüngül çəhrayı ənlik obraza təravət verəcək. Qəhvəyi tonları başqa makiyaj üçün saxlayın.
 
Qırmızı və onun çalarlarının digər bir şərti də dodaqların eyni tonda olmasıdır. Daha doğrusu, boyanın dodaqların hər tərəfinə bərabər paylamaqdır. Bundan əlavə, dəri, saç və göz rəngini nəzərə almaq lazımdır.
 
Makiyajdan əvvəl dodaqları balzamla nəmləndirin. Dodaqlarınızı qidanlandırın və balzamın hopmasını gözləyin. Dodaqlara azca kirşan çəkin. Dodaq boyası ilə eyni, yaxud bir ton tünd dodaq qələmi seçin. Tünd rəngli dodaq qələminin dodaqları daha həcmli göstərdiyini unutmayın. Sadəcə, qələmin ucu yaxşı itilənməlidir. Dodağın üst hissələrindən başlayın. Kənarlardan mərkəzə tərəf gedin. Qələmi perpendilkulyar vəziyyətdə tutun. Bundan sonra dodaqları rəngləmək olar.
 
Dodaq boyasını çəkdikdən sonra dodaqlarınızı salfetə yapışdırın. Bundan sonra dodaqlara azca kirşan çəkin və yenidən rəngləyin. İkinci qat dodaq boyasının qalıcı olmasını təmin edəcək.
 
Qırmızı və zoğalı dodaq boyasını necə çəkməyi ulduzlardan öyrənək!
 

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org