Yehudi ekspert: “Xocalini ABŞ-da da tanitmaliyiq…”

14:12 – xeber – Xocalı soyqırımı ilə bağlı tədbirlər planımız genişdir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “1905.az” saytına müsahibəsində İsraildən olan beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut söyləyib. Onun sözlərinə görə, İsraildə Xocalı soyqırımını tanıtmaq üçün sosial şəbəkələrin gücündən yararlanmaq lazımdır:
 
“Məsələn, keçən il biz İsrail-Azərbaycan “Odlar Yurdu” teatral truppası yaratdıq. İsraildə yaşayan gözəl insan və professional rejissor Səadət Şükürovanın və onun ailəsinin bu teatr truppasının yaradılmasında rolu əvəzolunmazdır. Keçən ilin fevralında keçirilən Xocalı qətliamı ilə bağlı tədbirdə “Odlar Yurdu” teatr truppası xüsusi amansızlıqla qətlə yetirilmiş, daha sonra meyitləri təhqir edilmiş xocalıların həyatının son dəqiqələrini böyük həssaslıqla Netanya şəhərinin Mədəniyyət Mərkəzinin səhnəsində canlandırıblar. Tədbirimizdə çıxış edən İsrail Knesset deputatı Yoel Razvozov tamaşaya baxanda Azərbaycanın Xocalı şəhərində kütləvi qırğının mahiyyətini dərindən hissi etdiyini, başa düşdüyünü söylədi. Dedi ki, bu hadisənin XX əsrin sonlarında baş verdiyinə inanmaq olmur. İsrail deputatı bu qorxunc fotoşəkilləri görəndə, Knessetin nümayəndə heyətinin tərkibində Osvensim ölüm düşərgəsinə səfərimi xatırladığını da qeyd etmişdi. Amma mən hesab edirəm ki, bu məsələlərlə bağlı özümüz deyib, özümüzün eşitməyimizə son qoymalıyıq. Biz bu çərçivədən qurtarmalı, yeni üsullar tapmalıyıq. Məsələn, İsraildə qeyd edirlər ki, bu gün Tvitter Feysbukdan daha güclüdür. Dünyada Tvitter inqilabı var. Yəni sosial şəbəkələrin bütün gücündən istifadə etmək lazımdır. Xocalı ilə bağlı dünyada elmi konfranslara böyük ehtiyac var. Mən demək olar, hər il Xocalı ilə bağlı beynəlxalq konfranslarda iştrak edirəm. Keçən il Stokholmda, Kişinyovda, Moskvada, Ankarada elmi konfranslarda çıxış etdim və Xocalı qətliamı ilə bağlı hərtərəfli sənədli prezentasiyanı təqdim etdim. Amma mən İsrail çərçivəsindən çıxmağın tərəfdarıyam. Çünki bu hadisələri Amerikada da tanıtmalıyıq. Mənim orada yaxşı əlaqələrim var. Amerikada yəhudi diasporunun nəzarətində olan nüfuzlu kütləvi informasiya vasitələri var ki, hətta Konqressə də təsir etmək gücündədir. Çalışıram ki, həmin KİV orqanlarında Azərbaycanla bağlı məqalə, yaxud məqalələr silsiləsi getsin. Azərbaycan çalışmalıdır ki, dünyada dostları çox olsun və həqiqətən də Azərbaycanın dostları koalisiyası formalaşsın”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org