Yazarlardan “Bu stil menim”e sert sozler – Video

08:00 – xeber – ATV-də yayımlanan “Bu stil mənim” verilişində hansı qüsurlar var və verilişin Türkiyə versiyası ilə Azərbaycan versiyası arasında hansı fərqlər nəzərə çarpır?
 
Axar.az-ın sorğusunu mədəniyyət yazarları cavablandırıb.
 
Publika.az-ın mədəniyyət yazarı Cəvahir Səlimqızı aparıcıların peşəkarlıqdan uzaq olduqlarını dedi:
 
“Bizdə bədbəxtçilik ondadır ki, xarici telekanallara baxıb plagiat verilişlər hazırlayırlar. Həmin verilişləri də səviyyəsiz bir formada izləyicilərə sırıyırlar. Onun-bunun yerişini yeriyə-yeriyə öz yerişlərini də yadırğayırlar. Nəticədə ortaya bərbad bir proqram çıxır. Anlamırlar ki, verilişin formatını oğurlamaq şərt deyil, barı, onu fərqli formada təqdim et. Fikir vermişəm, Azərbaycan teleməkanında təqdim olunan əksər layihələrdə yamsılamalar o qədər bayağı formada olur ki, nəticədə izləyici qıcıqlanır. Baxırlar türk və əcnəbi kanallara, özlərini o cür aparırlar, onların jestlərini edib, sözlərini təkrarlayırlar. Adamın əti tökülür.
 
Səbəb də bundadır ki, bizim əksər aparıcılar peşəkarlıqdan uzaqdır. Kiminsə hesabına efirə çıxır, sonra da özünü dahi hesab edirlər. Onlara elə gəlir ki, efirə dəvət etdiyi qonağa dərs keçə, ağzına gələn ifadəni işlədə bilər. Yaxşı ki, MTRŞ adlı bir qurum var, arada onlara əyləc etdirir. Yoxsa ki, “qazlanıb” başımıza çıxarlar”.
 
Musavat.com-un mədəniyyət yazarı Könül İbrahimovanın fikrincə, iştirakçılar məhəllə davasına çıxıblar:
 
“Son günlər “Bu stil mənim” verilişi ətrafında söz-söhbətlər bitmir. İnsanlar proqramı tənqid etməkdə haqlıdırlar. Çünki iştirakçı qızların bir-biri ilə danışıq tərzi heç də xoş deyil. Onlar məhəllə xarakterli mübahisələr edirlər. Türkiyədə yayımlanan “İştə bənim tarzım” proqramını da izləmişəm, orada da qızlar fikir ayrılığı olan zaman müzakirələr aparır, bəzən mübahisə edir. Bizimkilər mübahisə ilə dava-dalaşı səhv salıblar. Bir-birilərini təhqir edirlər. Proqrama baxanda əsəb keçirirəm, çox savadsız danışırlar, əsassız yerə tənqidi fikirlər səsləndirib, dava salırlar. Proqramı tərk edənlər isə bildirirlər ki, onlara layihə rəhbəri dava etməyi tapşırıb. Layihə rəhbəri isə ittihamlara cavab vermir. Mən çox istəyərdim ki, “Bu stil mənim” kollektivi mətbuat konfransı keçirsin, olanlara aydınlıq gətirsin. Çünki veriliş ətrafında gedən qalmaqallar gün keçdikcə böyüyür, ciddi ittihamlar səsləndirilir. Bu da proqramı və kollektivi gözdən salır”.
 
“Gündəlik Teleqraf” qəzetinin mədəniyyət yazarı Rəqsanə Həsənova verilişdə insanların yox, geyimlərin qiymətləndirilməsinin daha düzgün olduğunu dedi:
 
“Əvvəlcə onu deyim ki, “Bu stil mənim” verilişində Günay Musayevanın iştirakçılarla münasibəti xoşuma gəlmir. Təhqir və yaxud da tənqidlə verilişə reytinq qazandırmaq olmaz. Amma Günayın Türkiyə türkcəsində danışmasında hər hansı problem görmürəm. Onu da qeyd edim ki, Günayın dəb verilişinə münsif kimi dəvət edilməsi düzgün seçimdir. Onun iştirakı verilişi daha da baxımlı edir. Amma münsiflər bəzən iştirakçıları geyim tərzinə görə deyil, insani keyfiyyətlərinə görə də dəstəkləyir və yüksək bal ilə qiymətləndirirlər. Düşünürəm ki, bu hal dəb verilişi üçün uyğun deyil. İştirakçının geyim tərzi qiymətləndirilməli və düzgün mövqe göstərilməlidir. Türkiyədə yayımlanan “İştə bənim tarzım”la müqayisə etdikdə fərqlər çoxdur. Orada münsiflərin daha təcrübəli olduğunu düşünürəm”.
 
Baku.ws-in mədəniyyət müxbiri Ayşən Ayxana görə, münsiflər heyəti düzgün təşkil olunmayıb:
 
“Türkiyədəkilə bizdəki verilişin arasında fərq çoxdur. Birinci fərq ondan ibarətdir ki, münsiflər kürsüsündə hansısa televiziya aparıcısının əyləşməsi yanlışdır. Türkiyədəkində hər üç münsifin moda ilə bağlılığı var. Biz də isə iki münsifin. İkinci fərq ondan ibarətdir ki, Fəxriyyə xanımı çıxmaq şərtilə digər ikisinin iştirakçılarla danışıq tərzi düzgün deyil. Zaur ara adamları kimi danışır. Günay isə iştirakçıların üzərində öz eqosunu nümayiş etdirməyə çalışır. “İştə bənim tarzım”da da münsiflərin iştirakçılarla kobud danışdığı olurdu. Ancaq müəyyən çərçivə daxilində. Üçüncü fərq ondan ibarətdir ki, iştirakçıların modadan anlayışı yoxdur. Ümumiyyətlə, nəyinsə plagiatı həmişə süni görünür”.
 
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org