“Yasin” suresi niye Quranin qelbidir?

7 Yanvar 2016 21:20 – xeber –
Nyə bu qədər surənin içərisindən məhz "Yasin" surəsi Quranın qəlbi adlandırılmışdır? 
Olkem.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Hər şeyin qəlbi vardır, Quranın qəlbi "Yasin" surəsidir".
İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi "Yasin" surəsidir. Hər kim şam etməmiş onu oxuyar – həmin günü axşama qədər qorunanlardan və ruzi verilənlərdən olar. Hər kim gecə yatmazdan əvvəl oxuyar – Allah ona min mələyi məmur edər ki, onu hər bir çirkin şeytandan və hər bir bəladan qorusun". (Tebyan)
Ayətullah Qazinin nəzərinə görə bu surənin Quranın qəlbi adlandırılmasının səbəbi – onun axır iki ayəsinə görədir. Bu iki ayədə Allah Təalanın heyrətləndirici həqiqətlərindən söz açılmışdır.
Ayətullah Vəhid Xorasaninin nəzərinə görə bu surə haqqında nəql olunan hədislərin özü möcüzədir. Belə ki, hədis buyurur ki, hər şeyin qəlbi vardır. Bu gün müasir elm təsdiq edir ki, hər bir şeyin həqiqətən də qəlbi vardır. Bu həqiqəti Məsumlar 1400 il əvvəl etiraf etmişdilər. Hər bir şeyin qəlbi vardır, hətta atomun belə. Ondan sonra hədis buyurur ki, Quranın qəlbi "Yasin" surəsidir. Bəs bunun sirri nədir? İmkan aləminin qəlbi vardır. İmkan aləminin qəlbi – peyğəmbərlərin xatəmidir. Hər şeyin qəlbi olduğu kimi, aləmin də qəlbi vardır və bu, bütün insanlardır. Bütün insanlar Xatəmin nəfsində cəm olarlar. Ona görə də o, aləmin qəlbidir. "Yasin" surəsi də imkan aləminin qəlbidir. Ona görə də bu surə Quranın qəlbidir. Həzrət Peyğəmbərin (s) Qurandakı adlarından biri Yasindir. Yasinə xitab etdikdə, Quran Peyğəmbərə (s) xitab edər. Ona görə də Peyğəmbər (s) imkan aləminin qəlbi olduğu kimi, Quranın da qəlbidir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org