Yaqub Mahmudovdan qebir qalmaqalina – Reaksiya

16:38 – xeber – AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov  AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Xatirə Quliyevanın “Kanal 13” internet televiziyasına verdiyi müsahibədə Həsən bəy Zərdabinin qızının qəbri ilə bağlı qaldırdığı problemə münasibət bildirib.
 
Yaqub Mahmudov Axar.az-a açqlamasında Həsən bəy Zərdabinin qızının qəbri ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyindən və ayrı-ayrı şəxslər tərəfindən ona heç bir müraciət olmadığını deyib.
 
Xatirə Quliyevanın yalnız “Maarifçilik dövrü Azərbaycan ədəbi-ictimai fikrində milli-mənəvi əsasların fəlsəfi-etik dərki (XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasının avtoreferatına rəy verilməsi barədə müraciət etdiyini xatırladan millət vəkili həmin xanımın avtoreferatına 2 səhifəlik müsbət rəy yazdığını vurğulayıb:
 
“Xatirə xanımın mənə bu mövzuda müraciət etdiyini bildirməsindən təəccübləndim. Təəssüf edirəm ki, şəxsi müraciətinə dərhal reaksiya verdiyim ziyalı xanımımız olmayan bir işdə adımı çəkir. Əlbəttə, mən onun avtorefarat xahişinə müsbət yanaşmışamsa, mətbuatımızın banisi Həsən bəy Zərdabinin qızı ilə bağlı müraciəti olsaydı, onu da mütləq diqqətə alar və araşdırardıq. Ümid edirəm ki, Xatirə Quliyeva bundan sonra belə məsələlərə həssaslıqla yanaşar və bizim bütün gənc alimlərimizə və tariximizə necə qayğı ilə yanaşdığımızı bu vaxta qədər olduğu kimi, bundan sonra da müşahidə edə bilər”.
 
Xatırladaq ki, Xatirə Quliyeva Həsən bəy Zərdabinin qızının qəbrinin baxımsız olmasından şikayətlənmiş və AMEA Tarix İnstitutuna müraciətinə indiyə qədər laqeyd yanaşıldığını bildirmişdi. 
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org