Yaqub Mahmudov ermenilerin onune niye cixmadi?

17:02 – xeber – Xəbər verdiyimiz kimi, sentyabrın 26-dan 29-dək Sankt-Peterburqda keçirilən Dövlət Ermitajında İkinci Beynəlxalq İKON II konfransı zamanı erməni alimin provokasiyasının qarşısı alınıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, diqqət çəkən məqamlardan biri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun konfransda iştirak etməməsidir.
 
Nəzərinizə çatdıraq ki, bir neçə gün əvvəl tarixçi-alim Dilavər Əzimlinin millət vəkili Fazil Mustafaya cavab olaraq yazdığı yazıda bu sözlər yer alır:
 
“…Yaqub Mahmudov Sankt-Peterburqa hazırlaşır. Orada bir elmi konfrans keçirilir. Həm də siyasi məqsədlərə xidmət edir. Konfrans numizmatikaya həsr olunub. Erməni numizmatikləri sentyabrın 29-da orada çıxış edəcəklər. Mövzuları bilirsən nədir: Naxçıvanın, Gəncənin, İrəvanın, Qarabağın ermənilərə məxsus olduğunu sübut edən numizmatik materiallar…
 
Ora bizim alimləri dəvət etməyiblər. Amma Yaqub Mahmudov hələ keçmiş SSRİ-də məşhur numizmatik sayılan, indi də fəaliyyətini davam etdirən Əli Rəcəblini də götürüb birbaşa ora gedəcəkdir. Çox dəyərli məruzələr hazırlayıblar. Bu həm də həyati bir riskdir. Yaqub Mahmudov dəfələrlə belə risklərlə üz-üzə gəlib, ancaq qalib çıxıbdır! Yaqub müəllim həmin konfransa düşmək üçün özünün şəxsi dostlarından istifadə edir. Onlar orada birdən peyda olub, erməniləri susduracaqlar”.
 
Göründüyü kimi, Dilavər Əzimli Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun konfransa ciddi hazırlaşdığını yazır. Lakin AMEA-nın rəsmi saytının Sankt-Peterburqdakı konfransla bağlı yaydığı məlumatda Əli Rəcəblidən fərqli olaraq, Yaqub Mahmudovun iştirakı və çıxışı qeyd olunmayıb. Yaqub Mahmudovun hansı səbəbdən konfransda iştirak etməməsi isə sual doğurur.
 
Sualımıza cavab tapmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu ilə əlaqə saxladıq. İnstitutdan bizə bildirdilər ki, tezliklə məsələ ilə bağlı açıqlama veriləcək.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org