Yaponiyada osmanli sikkeleri tapildi – Foto

21:40 – xeber – Yaponiyada Orta Əsrlər qalasında Roma və Osmanlı imperatorluğuna aid sikkələr tapılıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, arxeoloqlar sikkələrin Yaponiyaya necə gəlməsi haqqında, hələ ki, bir nəticəyə gəlməyiblər. 
 
Sikkələr X-ray texnologiyası ilə incələnib. Bu incələmələr nəticəsində tapıntıların həqiqiliyi təsdiqlənib. Sikkələrin üzərindəkilər oxunmasa da, pulların üstündə imperator I Konstantin və mizraq tutan bir əsgər olduğu təxmin edilir.
 
Osmanlı sikkələrinin üzərində 1897 yazılıb, Roma sikkələrinin isə 300-400-cü illərə aid olduğu vurğulanıb.
 
Qanqoji Məbədi Mədəniyyət Abidələri bölümündən Toşio Tsukomoto kəşfi haqda danışarkən deyib:
 
“Buraya yapon samuraylarının zirehlərini incələmək üçün gəlmişdim. Gəzərkən sikkələri gördüm. Əvvəllər Misir və İtaliyada qazıntılarda iştirak etmişdim və bir çox antik Roma sikkəsi görmüşdüm. Buradakı sikkələri də həmin an təşhis edə bildim”.
 
Okinava Beynəlxalq Universitetində işləyən arxeoloq Hiroyuki Miyaqi isə sikkələrin zarafat olduğunu düşünüb:
 
“Kasturen qalasında Roma imperatorluğu dövrünə aid sikkələr tapıldığına inanmadım. Bu sikkələrin türistlərin itirdiyi saxta sikkələr olduğunu düşündüm”.
 
Qeyd edək ki, arxeoloqlar Okinavada yerləşən Katsuren qalasında arxeoloji qazıntılar aparırlar. 12-15-ci əsrlərdə aktiv olan qala YUNESKO Dünya Mirası siyahısında yer alır. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org