YAP Qadinlar Şurasinin sedri: "Qadinla kisi nece beraber ola biler?"

28 Dekabr 2015 17:04 – xeber –
"Erkən nikahlar qadınlarımızın gələcəyini korlayır, onlara böyük problemlər yaradır".
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva Şuranın Milli Məclisin YAP-dan seçilmiş qadın deputatları ilə görüşündə deyib.
N.Əliyeva bildirib ki, millət vəkilləri orta məktəblərdə gənc qızlarla güclü iş aparmalıdırlar: "Avropasayağı davranmaq, avropasayağı geyinmək bizə o qədər də xas məsələ deyil. Yüksək səviyyədə davranmaq, geyinmək olar, amma bu səviyyənin təməlində mənəvi dəyərlərimiz olmalıdır".
Şura sədri gender bərabərliyindən də söz açıb. O qeyd edib ki, kişi ilə qadını eyniləşdirmək olmaz: "Mən heç vaxt istəməzdim ki, Azərbaycan kişisi mətbəxdə xörək bişirsin, paltar ütüləsin. Bizim mentalitetimizdə kişiyə böyük hörmət var. Qadınla kişi necə bərabər ola bilər? Kişilər həmişə evdə ən böyük hörmət sahibi olublar".
N.Əliyeva sosial şəbəkələrin mənfi və müsbət tərəflərindən də danışıb: "Bu gün ailələrin dağılmasında, münaqişələrin yaranmasında, gənclərin öz yolundan çıxmasında sosial şəbəkələrin rolu var. Biz öz balalarımızı sosial şəbəkələrin bu təsirindən qorumalıyıq. Çalışmalıyıq ki, onlar sosial şəbəkələrdən yalnız bəhrələnə bilsinlər. Bununla bağlı orta məktəblərdə iş aparılmalıdır. Bu gün qızlarımızın geyimində həddindən artıq açıq-saçıqlıq, həddindən artıq sərbəst davranmaq yolverilməzdir. Bizim qızlarımız abır-həya mücəssəməsi olmalıdır".

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org