YAP islahat anonsu verdi – Eli Ehmedov

10:56 – xeber – Tam mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanı böyük gələcək gözləyir. Referendum bu gələcəyin anonsudur. Ölkəmizdə həyata keçirilməkdə olan iqtisadi islahatlar referendumdan sonra zəruri hüquqi baza və siyasi alət əldə etmiş oldu.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
 
Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun nəticələrini şərh edən Ə.Əhmədov bildirib ki, bundan sonra islahatlar daha intensiv şəkildə, daha böyük dinamika ilə aparılacaq: "İstənilən cəmiyyətin inkişafı onun iqtisadiyyatına bağlıdır. Azərbaycanda həyata keçirilən islahatların hədəfi ölkə iqtisadiyyatını yeni pilləyə qaldırmaqdır. Yeni iqtisadi modelin yaranması obyektiv zərurətə çevrilib. Elə bir iqtisadiyyat ki, təkcə təbii resurslara deyil, həm də ölkənin bütün potensialının hərəkətə gətirilməsinə istinad etsin. Məlum olduğu kimi, Azərbaycanın böyük iqtisadi potensialı var, lakin ondan tam şəkildə hələ ki, istifadə edilmir. Prezident İlham Əliyevin təşəbbüsü ilə pambıqçılığın, baramaçılığın, ümumiyyətlə, kənd təsərrüfatının digər sahələrinin sürətli inkişafı iqtisadi potensiallardan tam istifadə edilməsi məqsədlərinə xidmət göstərir.
 
Eyni fikirləri Azərbaycanda sənaye sahələrinin inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsləri haqqında demək mümkündür. Bu təşəbbüslərin uğur qazanacağı heç kimdə şübhə yaratmır. Bu mənada hesab edirəm ki, çox qısa zamanda ölkəmizdə yeni iqtisadi modelin və onun bəhrələrinin şahidi olacağıq".
 
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan iqtidarı daim insanların istək və ehtiyaclarına həssas yanaşıb, onların əhval-ruhiyyəsi, bütünlükdə ictimai ovqat diqqətdən kənarda qalmayıb:
 
"Hazırda hökumətin diqqət fokusunda bir sıra vacib məsələ dayanır və onların üzərində intensiv iş aparılır. Dünya iqtisadiyyatında baş verən böhran və neftin qiymətlərinin kəskin surətdə aşağı düşməsi nəticəsində irəli gələn neqativ meyillərin aradan qaldırılması, düşünürəm ki, öz əhəmiyyətinə görə prioritet vəzifə kimi səciyyələndirilə bilər. Maliyyə-kredit sabitliyinin təmin edilməsi iqtisadiyyatın inkişafının fundamental amili kimi nəzərdən keçirilir.
 
Baş nazirin müavini bildirib ki, işsizlik səviyyəsinin azaldılması hökumətin prioritet istiqamətləri sırasında mühüm yer tutur: "Qeyd etməyi vacib sayıram ki, son 10 il ərzində Azərbaycanda təxminən 1,2 mln yeni iş yeri açılıb, vaxtilə işsiz sayılan çoxlu sayda insan iş yeri ilə təmin olunub. Lakin nəzərə alınmalıdır ki, həmin 10 il ərzində əhali təxminən 1,5 mln nəfər artmışdır. Əhalinin yüksək artım dinamikası, heç şübhəsiz, cəmiyyətimizin mühüm üstünlüklərindən biridir. Ancaq bu, eyni zamanda, çoxsaylı yeni işçi qüvvəsi deməkdir ki, o da müvafiq sayda yeni iş yerlərinin yaradılmasını tələb edir. Həyata keçirilən islahatlar bu sahədə ciddi inkişafa səbəb olacaq. Xüsusilə, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin verilməsi, “ASAN xidmət” sistemində müvafiq layihənin həyata keçirilməsi ayrıca vurğulanmalıdır. Güman edirəm ki, həyata keçirilən tədbirlər nəticəsində çox qısa zamanda qeyd edilən sahədə ciddi irəliləyiş əldə olunacaq".
 
O qeyd edib ki, əhalinin ehtiyac duyduğu mənzil probleminin həllinə yeni yanaşma böyük vədlər verir: "Yaxın vaxtlarda insanlarımızın zəif sosial müdafiə olunan hissəsi əlçatan qiymətlərlə mənzil almaq imkanı qazanacaq və əhalinin mənzillə təminatı səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək".
 
Baş nazirin müavini deyib ki, idarəetmə mexanizminin təkmilləşdirilməsi gündəmdə duran vacib vəzifələrdəndir: "Bu, təkcə idarəçilik problemi deyil, eyni zamanda, çox ciddi sosial nəticəsi olan məsələdir. Çevik idarəçilik modeli həyata keçirilən iqtisadi və sosial islahatların uğur qazanmasının ümdə şərtlərindəndir. Məmurların vəzifə səlahiyyətlərindən sui-istifadəsi, süründürməçilik kimi hallara, ümumiyyətlə, neqativ meyillərə qarşı mübarizənin daha da gücləndirilməsi insanlarımızın gözləntiləri içərisindədir. Haqqında söhbət etdiyimiz neqativ hallar təkcə insanların hökumətə, hakimiyyət qurumlarına inamını zəiflətməklə kifayətlənmir. Onlar eyni zamanda, insanların həyatını ağırlaşdırır, bir sıra hallarda isə onların ailə büdcəsinə əlavə yükə çevrilir".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org