Yaltadaki forumda Azerbaycan sirketleri istirak edib?


[r32]
– xeber –
Krımın Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumunda Azərbaycan şirkətləri iştirak etməyib.
Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.
Səfər deyib ki, hazırda Ukrayna hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan şirkətlərinə qarşı cinayət işinin açılması məsələsi araşdırılır: “Bizim İqtisadiyyat Nazirliyindən bildirdilər ki, orada heç bir Azərbaycan şirkəti iştirak etməyib. Adları qeyd olunan şirkətlərin heç biri orada olmayıb. Üstəlik adı çəkilən şirkətlərin bəzisi dövlət müəssisəsidir. Onlar vəziyyətdən xəbərdardırlar, buna görə oraya gedə bilməzdi.
Həmin iqtisadi forumun saytı var və tədbiri işıqlandırır. Orada ümumiyyətlə Azərbaycanın adı yoxdur. Ukrayna hüquq-mühafizə orqanları ilə bu barədə təmaslara girmişik. Bizimkilər ora getməyibsə, onlar cinayət işi aça bilməz. Hazırda prosedur qayda belədir ki, onlar bizdən rəsmi məktub istəyirlər. Məlumatlar bir neçə saat əvvəl çıxdığı üçün biz cavabı şifahi şəkildə təqdim etmişik. İndi isə məktub hazırlanır. Bu dəqiqələrdə onlara göndəriləcək. Onlar isə müvafiq olaraq bizə rəsmi cavab verəcəklər”.
Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlayıb.
İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirlər.
Forumun iştirakçıları arasında Azərbaycanın 17 iri dövlət və özəl şirkətinin nümayəndə heyəti də olub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org