"Yalandan evde deyirdim ki, refiqemgile gedirem" (FOTO)

29 Sentyabr 2016 14:38 – xeber –
"Adamı hər şeydən soyutdular"
ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Samira Allahverdi maraqlı açıqlamalar verib.
Sevilən ifaçı bu sənəti seçdiyi üçün ailəsi ilə problemlər yaşadığını bildirib:
"Uşaq vaxtından oxumağa həvəsli idim. Məktəbdə oxumağıma baxmayaraq, valideynlərim və qardaşım razı olmurdular oxumağıma. Amma indi valideynlər rahatlıqla uşaqlarının mahnı oxumasına razılıq verirlər. O zamanlar xanımlar üçün oxumaq çox çətin idi. Gizli-gizli qruplara qoşulub oxuyurdum. Yalandan evdə deyirdim ki, rəfiqəmgilə gedirəm, amma oxumağa gedirdim. Hər kəs dövlət televiziyasına gedəndə valideyni ilə gədərdi, amma mən tək gedirdim. Tək olduğum üçün məni heç kim dinləmirdi, önəmsəmirdilər. Öz-özümə dedim ki, sizə göstərəcəm, məni dinləmədiyiniz üçün peşman olacaqsınız". 
Tanınmış müğənni bu sənəti seçdiyinə görə zaman-zaman peşmanlıq yaşadığını da etiraf edib:
"Mən qapıları döyə-döyə bu sənətə gəlmişəm. Evdə ağlayıb özümü öldürürdüm müğənni olmaq üçün. İndi bu sənətdəki haqsızlıqları görüb deyirəm ki, bütün mübarizəm bunun üçünmüş? Artıq hər verilişə getmirəm, hər ad gününə getmirəm, adamı hər şeydən soyutdular".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org