Yaglari suretle eriden 5 faydali meslehet

00:55 – xeber – İsti geyimlər artıq qarderobdan yığışdırılıb. İncə geyimlərdə artıq çəkilər özünü biruzə verməyə başlayıb. Təşvişə düşməyə ehtiyac yoxdur.
 
Axar.az Axşam.az-a istinadən xəbər verir ki, dietoloq Gamze Şanlı Akının bədəndəki artıq yağları əridən 5 məsləhətini təqdim edir:
 
Yağ əridən şorba
 
3 orta boy balqabaq, 1 xörək qaşığı bolqar bibəri, 2 ədəd enginar, 1 dəstə şüyüd, 1 orta boy soğan, 1 su bardağı süd və ya 3 dilim "karper" pendir
 
Hazırlanması: Balqabaq, bolqar, enginar, şüyüd və soğanı 6 stəkan su ilə bişirin, blenderdən keçirin. Qaynamağa başlayanda yavaş-yavaş qarışdıraraq, südü və ya pendiri əlavə edin. Doyana qədər qəbul edə bilərsiniz. Bunu həftədə 2-3 dəfə axşam yeməyi olaraq yemək olar.
 
Rəngli tərəvəzlər
 
1 orta boy badımcan, 1 orta boy balqabaq, 1 ədəd qırmızı istiot, 1 ədəd göy bibər, 3 ədəd orta boy göbələk, 1 yemək qaşığı yağ, zəncəfil
 
Hazırlanması: Bunları istədiyiniz şəkildə doğrayıb, yağ və ədviyyatlar ilə qarışdırın. 200 dərəcədə, 25-30 dəqiqə bişirin. Həftədə 1-2 dəfə günorta yeməyi kimi qəbul etmək olar.
 
Sous üçün: 3 yemək qaşığı qatıq, ¼ dəstə şüyüd (incə doğranmış), nanə və kəklikotu qarışdıraraq üzərinə tökün.
 
Köpün qarşısını alan çay
 
1,5 litr su, 1 dəstə cəfəri, 1 çimdik qarğıdalı saçağı, 1 çimdik darçın, ½ qoz böyüklüyündə təzə  zəncəfil, (rəndələnmiş olmalıdır) 1 ədəd limonun suyu.
 
Hazırlanması: Bütün ərzaqlar birlikdə 10 dəqiqə qaynadılıb süzüldükdən sonra içinə limon suyu əlavə olunur. İsti və ya soyuq içmək olar. Gündəlik və 1 həftə ərzində qəbul edin.
 
Qarın əridən detoks
 
1 stəkan badam südü, 4 ədəd çiyələk, 10 ədəd qaragilə, ¼ avokado, 1 yemək qaşığı çia toxumu, (çinlilərə məxsusdur) 3-4 ədəd ispanaq, 1 çay qaşığı darçın, ½ çay qaşığı zəncəfil tozu.
 
Hazırlanması: Bütün bunları blenderdən keçirin. Həftədə 2-3 dəfə qəbul etmək olar.
 
Təmizləyici içki
 
½ dəstə cəfəri, 1 ədəd kiçik çuğundur, ½ stəkan kefir, ½ çay qaşığı zəncəfil tozu, 2 yemək qaşığı yulaf əzməsi, 1 çay qaşığı çia toxumu.
 
Hazırlanması: Sadalanın ərzaqları blenderdən keçirin. Həftədə 2-3 dəfə günorta saatlarında yemək olar.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org