Yağlari eriden qidalar

29 Dekabr 2015 07:36 – xeber –
Olkem.az Trend-ə istinadən bildirir ki, bəzi qidalar vücuddakı yağların əriməsini sürətləndirir. Bəs bunlar hansı qidalardır?
Acı bibər
Bibərə acılıq verən kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir və buna görədə bədəndə olan artıq yağları yandırır.
Tam taxıllı qidalar
Sağlamlıq üçün çox faydalıdırlar. Taxılın üç əsas komponenti saxlandıqda ona tam taxıl deyilir. Bu üç komponent aşağıdakılardır: Kəpək (lif baxımından zəngin xarici qabıq), əsas (qida dəyəri baxımından zəngin özül) və nişastalı hissə (endosperm). Tam taxılın tərkibində olan lif, vitamin, mineral, antioksidantlar bir çox xroniki xəstəliklərə qarşı qalxan rolunu oynayır. Vücudun daha çox çalışmasını təmin edən tam taxıllar yağların əriməsinə də kömək edir. Tam taxılların yandırılması üçün iki qat kaloriyə ehtiyac vardır. Bu da bədənin zəyifləməsinə dəstək verir.
Hindistan qozu
Hindistan qozu (kokos) çox faydalı bitkidir. Hindistan qozunun həm südünün, həm də suyunun tərkibinin, steroid olmayan iltihab önləyici dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici xüsusiyyətlərə sahib olduğu bildirilir. Həmçinin, bu meyvə həzm sistemi narahatlıqlarının müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit, mədə xorası, ishal, qusma, qaz, dizenteriya kimi narahatlıqlara qarşı effektlidir. Maddələr mübadiləsini artırır.
Avokado
Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var. Diabet xəstəliyi olanlar üçün faydalıdır. Maddələr mübadiləsini sürətləndirir və yağların əriməsində faydalı rol oynayır.
Zəncəfil
Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. O insanın mədə-bağırsaq sisteminə çox müsbət təsir edir – mədənin və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, ödqovucu təsirə malikdir. Bundan əlavə zəncəfil orqanizmin qan təchizatını yaxşılaşdırır, damarları təmizləyir, mübadilə proseslərini sürətləndirir. Zəncəfil çayı arıqlamağa kömək edir. Bu çayı qida qəbulundan yarım saat əvvəl içdikdə, iştaha azalır və bu səbəbdən insan daha tez doyur. Zəncəfil çayı aclıq hissini azaldır və mübadilə proseslərini sürətləndirir ki, nəticədə insan tez və rahat arıqlayır. Belə çayı tək arıqlamaq məqsədi ilə yox, soyuqdəymələr zamanı da istifadə etmək olar.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org