"Xudaferin sazisi" Azerbaycana ne verecek?

– xeber – Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması ölkəmizə iqtisadi və siyasi faydalar verəcək.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev AZTV-nin efirində deyib.

 

Onun sözlərinə görə, bu saziş Azərbaycan və İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərini, hər iki ölkənin “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının su və enerji resursları üzərində eyni hüquqa malik olduğunu elan edir. Sazişdə Azərbaycanın ərazi bütövlüyünün BMT-nin qətnamələrinə uyğun bərpa edilməsinin zəruriliyi də qeyd olunur.

 

İqtisadi cəhətə gəlincə, nazir əlavə edib ki, bu layihə Azərbaycan üçün çox sərfəlidir: "Bənd artıq tikilib başa çatdırılıb, yaxın vaxtlarda elektrik stansiyasının tikintisi yekunlaşdırılacaq, Azərbaycan İranla birgə bu layihəni idarə edəcək və reallaşdırılacaq. Elektrik enerjisinin satışından əldə edilən gəlir iki ölkə arasında bərabər bölünəcək".

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org