Xocali ile bagli novbeti – Beyanat


[r32]
– xeber –
Fevralın 26-da Azərbaycanda Atatürk Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək çərçivəsində Azərbaycanın tanınmış QHT-lərindən – “Xocalı soyqırımını tanıtma”, “Türk Dünyası İnfo”, “Borçalı”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Qafqaz media”, “Dinc dünya”, “Müasir İnkişaf”, “Jurnalist Araşdırmaları Mərkəzi”, “Ortaq Dəyərlər”, “Azərbaycan Qaçqınlar Cəmiyyəti”, “Türkiyə Universitetləri Məzunları”, “Azərbaycan Yazarlar Klubu”, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai birliklərinin və Müvəkkil Hüquq Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” kampaniyası nəticəsində dünya dövlətləri tərəfindən soyqırımı faktının tanınması ilə bağlı çox böyük işlər görüldüyünü vurğulayıb.
N.Cəfərov beynəlxalq təşkilatların diqqətini soyqırımı törədənlərin cinayətlərinə cəlb etməklə onların beynəlxalq tribunal qarşısında cavab vermələrini tələb edən QHT-lərin bu təşəbbüsünü yüksək qiymətləndirib.
Tədbirin aparıcısı, yazıçı-publisist, “Borçalı” İctimai Birliyinin sədri Şərif Kərimli ermənilərin törətdikləri vəhşiliklər barədə danışaraq, XVIII əsrdən başlanan erməni terrorizmi barədə maraqlı faktlar səsləndirib.
Tədbirdə QHT rəhbərlərindən Çingiz Bayramov, Dəyanət Osmanlı, Elçin Hüseynbəyli, Səməd Vəkilov, Əlisəfa Mehdiyev, Hacı Azadə-Taleh Abbasqızı, Şamil Sabiroğlu, Radə Abbas, 1992-ci ildə Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev, Xocalı sakini, ailəsindən 5 nəfər şəhid vermiş Fitat Məmmədova, Kərkükdən, Türkiyədən gələn qonaqlar, tanınmış jurnalistlər, yazıçılar və digərləri çıxış ediblər. Bildirilib ki, erməni təcavüzü nəticəsində itirilmiş torpaqlarımızı geri alanadək və Ermənistan kimi terrorçu dövlətin cinayətkar rəhbərlərinin ədalət məhkəməsində dayanacaqları günədək Xocalıya ədalət uğrunda mübarizə beynəlxalq müstəvidə davam etdirilməlidir.
Tədbirin sonunda “Xocaliya ədalət!” beynəlxalq kampaniyasina dəstək olaraq qeyri-hökumət təşkilatları birgə bəyanat imzalayıblar.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org