Xocali heqiqetleri "Haberturk" kanalinda – Foto


[r32]
– xeber –
Türkiyənin daha bir nüfuzlu televiziya kanalı – “Habertürk” Xocalı soyqırımı ilə bağlı reportaj yayımlayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, reportajda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir. Bildirilir ki, 1992-ci il fevralın 26-da ermənilər Xocalı şəhərində 613 dinc azərbaycanlını qətlə yetiriblər.
Reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə geniş yer verilib.
Xocalı sakini Məmməd Nağıyev deyir: "Fevralın 27-də ermənilər tərəfindən əsir götürülmüşəm. Ermənilər bizi Azərbaycan dilində yanlarına çağırdılar, yalandan dedilər ki, biz Ağdam rayonundanıq. Onlara yaxınlaşanda bizi atəşə tutdular, əsir götürüldük. Kimin üzərində nə qədər dəyərli əşya var idisə hamısını götürdülər. Üç gün əsirlikdə qaldıq”.
Atasını və digər yaxınlarını Xocalı soyqırımı zamanı itirən Cavid Əliyev bildirir: "Bizi hər tərəfdən atəşə tutdular. Atamın cənazəsini 23 gün sonra gətirib dəfn edə bildik. Yaxınlarımızın çoxunun nəşi isə orada qaldı”.
Xocalı sakinlərinin bir gün döğma yurdlarına qayıtmaq ümidi ilə yaşadıqları vurğulanan reportajda Milli Məclisin deputatı Elman Məmmədovun fikirlərinə də yer verilir: "Mən Xocalıda anadan olmuşam. Valideynlərim də, babalarım da Xocalıda doğulublar. Arzum budur ki, Xocalıya qayıdım, ömrümün axırına qədər orada yaşayım. Qardaş Türkiyədən gözləyirik ki, Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımını rəsmi şəkildə tanısın".

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org