XİN rehberi yehudi komitesinin prezidenti ile gorusdu


[r32]
– xeber –
Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində birgə yaşadığı bir məkan olduğunu bildirərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının ən böyük mənəvi sərvəti olduğunu vurğulayıb.
Son illər Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərə ev sahibliyi etdiyini söyləyən nazir Elmar Məmmədyarov bu xüsusda ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.
Tərəflər bu kimi tədbirlərə ev sahibliyi edilməsini ölkəmizin dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin təzahürü kimi qiymətləndiriblər.
Görüşdə Azərbaycanın İsrail ilə, eləcə də Amerika Yəhudi Konqresi və digər yəhudi təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq vurğulandı. Ölkəmizdə yəhudi icmasına göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən qonaqlar ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndiriblər.
Görüşdə həmçinin, əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org