XİN rehberi: “Bu cehd qebuledilmezdir”

19:07 – xeber – Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Seyminin sədri xanım İnara Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
 
XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, İ. Murniese Azərbaycana səfəri çərçivəsində ölkəmizdəki inkişafa və Bakı şəhərinin gözəlliyinə heyranlığını ifadə edərək, nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
 
Görüş zamanı Azərbaycan-Latviya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Xanım İ. Murniese ölkəsinin Azərbaycanın Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirib.
 
Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və parlament diplomatiyasının əhəmiyyətinə də toxunulub. İ. Murniese Latviya parlamentində Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin çox fəal olduğunu qeyd edib.
 
E. Məmmədyarov isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar barədə ətraflı məlumat verərək, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsi cəhdinin qəbuledilməz olduğunu vurğulayıb.
 
İ. Murniese Latviyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyini bildirib.
 
E. Məmmədyarov Latviyanın münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. O, həmçinin Latviya parlamentinin 53 üzvünün iştirakı ilə Xocalı soyqırımına dair bəyanatın qəbul olunmasının yüksək qiymətləndirildiyini vurğulayıb.
 
Görüşdə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org