XİN-den Xocaliya dair resmi senedler – Jurnal

15:22 – xeber – Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin “Diplomatiya Aləmi” jurnalının “Xocalı soyqırımı: 26 fevral 1992-ci ildə Xocalıda törədilmiş cinayətin pislənilməsinə dair rəsmi sənədlər” adı xüsusi buraxılışı çapdan çıxıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, xüsusi buraxılışın “Xocalıda cinayət: cinayəti törədənlər və beynəlxalq hüquqi məsuliyyət” adlanan giriş hissədə Xocalı soyqırımının törədilməsinə görə Ermənistan Respublikası və onun siyasi-hərbi rəhbərliyində olan şəxslərin beynəlxalq hüquqi məsuliyyəti təhlil və izah edilib.
 
Ermənistanın beynəlxalq humanitar hüququ və insan hüquqlarına aid fundamental sənədləri kobud şəkildə pozaraq, Xocalıda soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayətlər törətməsi dair əsaslandırılmış beynəlxalq hüquqi dəlillər təqdim olunub.
 
Buraxılışın ümumi hissəsində isə aparılmış fəaliyyət nəticəsində Xocalı soyqırımını tanıyan və pisləyən 11 ölkənin (Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya, Pakistan, Kolumbiya, Qvatemala, Honduras, Panama, Peru, Sudan və Meksika), İslam Əməkdaşlıq Təşkilatının və eləcə də ABŞ-ın 18 ştatının qəbul etdiyi rəsmi sənədlər təqdim edilib.
 
Xüsusi buraxılışın Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə beynəlxalq təşkilatlara, digər dövlətlərin rəsmi və ictimai dairələrində geniş şəkildə yayılması nəzərdə tutulub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org