Xidmeti masinlari geri alinan qurumlar – Siyahi


[r32]
– xeber –
08:38
Müəllif Hüquqları Agentliyinin xidməti avtomobillərinin istifadəsinə xitam verilməsi barədə xəbər yayılıb. Lakin qurum məlumatdan dərhal sonra rəsmi açıqlama yayaraq, avtomobillərinin əlindən alınmadığını bildirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı agentlikdən Report-a bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə agentliyin nəqliyyat vasitələri üçün qoyulan limit aradan götürülüb:
“Yəni qərara əsasən, sadəcə limit götürülüb, avtomobillərin geri alınmasından söhbət getmir”.
Xatırladaq ki, indiyədək Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən 2 avtomobil verilib.
Bundan öncə 3 qurumun – Milli Arxiv İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin xidməti avtomobilləri geri alınmışdı. Bu 3 qurumun ümumilikdə 7 ədəd xidməti maşını var idi.
11 oktyabr tarixində isə Mədəniyyət və Turizm Nazirliyinin xidməti avtomobillərinin sayı 71-dən 22-yə salınmışdı. Qərarın səbəbi açıqlanmasa da, təklifin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürüldüyü bildirilmişdi.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu addımı 10 oktyabr və 8 dekabr tarixlərində “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına əsaslanır.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org