Xidmet muddeti artirildi: Dusmen ordusunda xaos


[r32]
– xeber –
Ermənistan Müdafiə naziri Vigen Sərkisyanın bu yaxınlarda təqdim etdiyi “millət-ordu” ideyası narazılıqla qarşılanıb.
Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyəti ordunun acınacaqlı vəziyyətdə olduğunu əsas gətirərək, hökumətin saxta vətənpərvəlik yaratmaq niyyətində olduğunu düşünür.
“Belə ideyalarla ordudakı nöqsanları gizlətmək istəyirlər”, – bu ideyanı tənqid edənlər belə deyir.
Ermənistan mediasında yayılan məlumata görə, “millət-ordu” ideyasının hədəflərindən biri də ordudakı xidmət müddətini 3 ilə qədər artırmaqdır.
Bu informasiyanı şərh edən erməni ekspert Manvel Sərkisyan belə niyyətin olduğunu istisna etməyib.
O, Ermənistanda cəmiyyətin “kasta”lara bölündüyünü, yuxarı “kasta”nın milli sərvətləri mənimsədiyini deyib.
“Aşağı “kasta”lar isə işləmək və döyüşmək üçün lazımdır. Aprel müharibəsi göstərdi ki, döyüşənlərin hamısı aşağı təbəqədən olan ailələrin övladlarıdır. Orduda xidmətin 3 ilə qədər artırılması ilə bağlı yayılan informasiyaların doğru olması ehtimalı böyükdür. Əslində, hər şey cəmiyyətin bölünməsi üzrə baş verir. Yəni aşağı “kasta”lar yuxarıların da əvəzinə xidmət etməlidir. Digər tərəfdən, burada pul faktoru da ola bilər. Orduda korrupsiyanın olması faktı artıq adiləşib. Xidmətin artırılması isə yeni pul mənbəyidir”, – o, bildirib.
Qeyd edək ki, xidmətin 3 ilə qədər artırılması ilə bağlı informasiyanın yayılmasından sonra Ermənistan ictimaiyyəti ilə yanaşı, orduda da etirazlar artıb. Xüsusilə valideynlər buna qarşı çıxırlar. Orduda narazılıq yaradan digər məqam isə gənc əsgərlərin ön cəbhəyə yerləşdirilməsidir. Hətta əsgərlər arasında posta çıxmaqdan imtina edənlərin olduğu da deyilir.
Erməni ekspertlər Aprel müharibəsindən sonra hakimiyyətin “bir il ərzində müdafiə xətti o qədər gücləndirilib ki, onu yarmaq mümkün deyil” sözlərinin yalan olduğunu deyirlər.
M.Sərkisyan da müdafiə xəttinin yararsız olduğunu bildirib.
“Xüsusilə kasıb ailədən olan 18 yaşlı uşaqların cəbhəyə yola salınması bizim müdafiəmizin sıfır səviyyədə olduğunun sübutudur. Rəqib (Azərbaycanı nəzərdə tutur) ən təhlükəli yerlərdə xüsusi təlim keçmiş müddətdən artıq əsgərlər yerləşdirir. Aradakı fərq budur. Bu gün orduda aktual problemlər həll edilmir, əvəzində pul tələsi olan müddətin artırılması kimi məsələlər ön plana çəkilir”, – ekspert vurğulayıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org