Xezerin Turkmenistan sektorunda tapilan neftcilerin meyitleri Bakiya getirilib – YENİLENİB

4 Yanvar 2016 22:11 – xeber –
22:11
Xəbər verildiyi kimi, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Olkem.az-a verilən məlumata görə, məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.
———
15:20
Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitlərin şəxsiyyəti müəyyənləşdirilib və nəşlər yaxın vaxtda respublikaya gətiriləcək. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur.
Məlumatda bildirilir ki, FHN-in Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb.
Qeyd olunur ki, məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşüb. İstintaq qrupunun üzvləri və FHN-in nümayəndələri meyitlərə baxış keçiriblər. Məlum olub ki, bunlar 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər – Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğludur.
Onların nəşləri yaxın vaxtda respublikaya gətiriləcək.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org