Xezerdenkenar gemilerimizin sayi 11-e catdi

21:24 – xeber – Türkiyənin Yalova bölgəsində yerləşən "Tərsan" tərsanəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin aldığı daha 4 quru yük gəmisində – "Şair Vaqif", "Şair Sabir", "Hüseyn Cavid" və "General Aslanov" gəmilərində bayraqqaldırma mərasimi keçirilib.
 
Axar.az Gəmiçiliyə istinadən məlumat verir ki, mərasimdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Rusiya və Türkiyənin gəmiçilik şirkətlərinin məsul şəxsləri, istismara verilən gəmilərin heyətləri və KİV nümayəndələri iştirak ediblər.
 
R.Vəliyev qeyd edib ki, yeni alınan "Rəsul Rza", "Şair Vaqif", "Şair Sabir", "Hüseyn Cavid", "General Aslanov" və "Qafur Məmmədov" da daxil olmaqla, Xəzərdənkənar hövzələrdə işləyən gəmilərimizin sayı 11-ə çatıb. Bundan başqa, Bakı Gəmiqayırma Zavoduna sifariş edilmiş 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin apreldə dövlət başçımızın iştirakı ilə istismara verilməsi 9 minlik kollektivdə böyük ruh yüksəkliyi yaradıb.
 
Sonra Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayraqlarımız hər gəminin dor ağacında qaldırılıb.
 
Daha sonra Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Türkiyə nümayəndəliyinin İstanbuldakı ofisinin açılışı olub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org