Xezerde I Pyotr donanmasinin gemileri axtarilir

19:50 – xeber – Rusiya Coğrafiya Cəmiyyəti Xəzər dənizinin dibini tədqiq etmək üçün Dərbəndə ekspedisiya göndərib. Dalğıclar I Pyotr donanmasının batmış gəmilərini axtarır. Təxminən 300 il əvvəl rus imperatoru Fars yürüşünə yollanmış və onun donanması güclü qasırğa nəticəsində çox sayda gəmisini itirmişdi. Alimlər artıq Dərbənd yaxınlığında bir neçə tapıntı aşkarlamağa müvəffəq olublar.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Xəzər dənizinin 10 metr dərinliyində dalğıclar görünüşünə görə gəmi lövbərinə bənzər dəmir əşya tapıb. Tapıldığı yerdə diqqətlə tədqiq olunan lövbərin yaxınlığında həmin donanmaya məxsus ola biləcək taxta gəmi fraqmentləri də aşkarlanıb.
 
I Pyotr fars və ya Xəzər yürüşünü təxminən 300 il bundan əvvəl, 1722-ci ildə təşkil etmişdi. O vaxt imperatorun şəxsən başçılıq etdiyi yürüşə 200 gəmi cəlb olunmuşdu. Mahiyyət etibarilə bu kampaniya Rusiyanın Qafqazda hərbi iştirakının başlanğıcına çevrilmişdi. I Pyotr yürüş zamanı bir neçə gün Dərbənddə qalmışdı. Lakin Xəzər dənizində başlayan payız qasırğaları və bu səbəbdən onlarla gəminin batması rusların Cənubi Qafqazın içərilərinə doğru hərəkətini yarıda qoymuşdu.
 
İmperator gəmilərin batdığı yerə dair hazırda bir neçə fərziyyə mövcuddur. Ekspedisiyanın məqsədi də tarixçilərin və yerli sakinlərin verdiyi məlumatları yoxlamaqdır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org