15:56 – xeber – Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Axar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.