Xeyanetin agilasigmaz cavabi – Video

16:27 – xeber – Dedi ki, səndən pullu, yaraşıqlı birinə gedəcəm.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu quldurluğa görə həbs edilən Şəki sakini Seymur Əsgərova arvadı Həqiqət Əsgərova deyib.
 
S.Əsgərov fevralın 18-də polisə zəng edərək rayonun Qarabulaq kəndindəki yarımtikilidə iki naməlum şəxs tərəfindən əl-ayağının bağlandığını bildirib. Bildirib ki, həmin şəxslər onun 143 manatını və mobil telefonunu götürüblər.
 
Seymur əl-qolu bağlı vəziyyətdə tapılıb. O, bu cinayətdə arvadından və onunla qeyri-rəsmi nikahda yaşayan Əvəz Həsənovdan şübhələndiyini söyləyib. Elə fevralın 18-də hər iki şəxs şübhəli şəxs qismində saxlanılıb.
 
Sonra məlum olub ki, Seymur onu tərk edən arvadından qisas almaq, xəyanət etdiyi üçün Həqiqətin cinayətkar olduğunu sübut etmək məqsədi ilə bu işi səhnələşdirib.
 
Ona əl-qolunu bağlamaqda dostu, Bakı sakini Səbuhi Zalov kömək edib. Bu əməliyyatın ifşasından sonra Seymur barəsində quldurluq maddəsilə cinayət işinə başlanıb.
 
S.Əsgərov “Region TV”yə deyib ki, pulu olmadığı üçün yoldaşı üzünə qayıdıb:
 
“Dedi, səndən yaraşıqlı, pullu, şəxsiyyətli bir oğlana gedəcəm. Baxdım ki, kasıbçılıq məni beləmi sındırır? Gedəndən 3 gün sonra profilə bir şəkil qoydu, o şəkil də mənə çox ağır gəldi”.
 
Araşdırmalar zamanı müəyyən edilib ki, arvadı Seymura müxtəlif şəxslərlə xəyanət edib. S.Zalov isə əməlindən peşmanlığını və dostu Seymurun planından xəbərsiz olduğunu bildirib.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org