Xestexanadan Haciqabulda yaralananla bagli – Aciqlama


[r32]
– xeber –
Hacıqabulda evə edilən silahlı basqın zamanı ağır yaralanan şəxsdən xəbər var.
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasından Axar.az-a verilən məlumata görə, 31 iyul tarixində Hacıqabula evə edilən silahlı basqın nəticəsində yaralanan Məhəmməd Qəmbərovun vəziyyəti artıq yaxşıdır.
Xəstəxanadan bildirilib ki, xəstə reanimasiya şöbəsindən adi palataya köçürülüb:
“Hazırda xəstənin vəziyyəti stabildir. Bədəninin müxtəlif yerlərində silah-yanıq yaraları var. Özünü yaxşı hiss edir. Danışa, söhbət edə bilir. Müayinəsi davam etdirilir. Ola bilər ki, ya sabah, ya da növbəti gün evə buraxılsın”.
Qeyd edək ki, Hacıqabulda 31 iyul tarixində yaşayış evinə silahlı basqın olub. Sübh 6 radələrində evə silahla basqın edən Mübariz Mehdiyev əvvəlcə həyətdəki “Mersedes” markalı avtomobili yandırıb. Səsə evdə olan Məhəmməd Qəmbərov (1947), Nazim Qəmbərov (1953), Gülbağda Qəmbərova (1963), Bibilər Qəmbərova (1958) və Namiq Qəmbərov (1988) çıxıblar. M.Mehdiyev evdən çıxanlara silahla atəş açıb və nəticədə M.Qəmbərov ağır yaralanıb. Digər şəxslər M.Qəmbərovun həyat yoldaşı B.Qəmbərova, qardaşı N.Qəmbərov, onun həyat yoldaşı G.Qəmbərova və övladları N.Qəmbərov qətlə yetirilib.
Silahla basqın edən M.Mehdiyev evə Rusiyada aralarında problem yaşadığı hazırda yaralı olan M.Qəmbərovun oğlu Natiq Qəmbərovu öldürmək üçün gəlib. Lakin hadisə zamanı N.Qəmbərov evdə olmayıb. Bu səbəbdən qatil onun valideynlərini, əmisini, əmisinin yoldaşını və gənc əmisi oğlunu qətlə yetirib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org