Xestexanada genc oldu: Meyitini vermirler

13:30 – xeber – Bu gün Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.
 
Avropa.info xəbər verir ki, İsmayıllı rayonu Tircan kənd sakini 26 yaşlı Mirzəyev Mirzə Mərdan oğlu böyrək çatışmazlığından dünyasını dəyişib.
 
Bu haqda məlumatı mərhumun əmisi, şair, "Maraqlı Məqam" qəzetinin redaktoru Kamran Mirzə bildirib. 
 
O qardaşı oğlu olan M. Mirzəyevin hələ 2 yaşında ikən böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, elə bu yaşda ikən xəstənin bir böyrəyi sıradan çıxdığı üçün kəsilərək götürülüb.
 
19 yaşına qədər tək böyrəklə yaşayan Mirzənin artıq ikinci böyrəyində də problemlər yaranmağa başlayır.
 
3 il yarım bundan əvvəl isə xəstənin ikinci böyrəyi də tamamilə sıradan çıxıb. Bundan sonra Mirzə əməliyyat olunaraq ona anasının böyrəyi köçürülüb.
 
Bu yaxınlarda yenidən böyrəyində problem yaşanan xəstə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. M. Mirzəyev bu gün səhər saatlarında dünyasını dəyişib.
 
Kamran Mirzə qardaşı oğluna anasının böyrəyini köçürmək üçün valideynlərinin 60 minə yaxın pul xərclədiklərini bildirib.
 
Əmisi hazırda qardaşı oğlunun meyitini almaq istədiklərini, amma həkimlərin ödəniş edilməsi lazım olduğunu söylədiklərini bildirib.
 
Onun sözlərinə görə mərhumun valideynləri baş həkim Leyla Seyidbəyova ilə də görüşüb ona əməliyyatın düzgün aparılmadığını deyiblər.
 
Buna baxmayaraq həkimlər də məsuliyyəti öz üzərlərindən atır və bütün problemlərin Mirzədə olduğunu sübuta yetirməyə çalışırlar.  

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org