Xeberdarliq: Bu avtomobillerin saygaci geri cekilir – Video


[r32]
– xeber –
Avtomobilin yürüş məsafəsi artdıqca onun qiyməti aşağı düşür.
Amma bəzi işbazlar maşını baha satmaq üçün nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazına müdaxilə edirlər. Yəni, kilometrajı geri çəkirlər.
Axar.az ARB TV-yə istinadən xəbər verir ki, mütəxəssislər ikinci əl xarici avtomobillərin əksəriyyətində kilometrajın geri çəkildiyini bildirib. Buna daha çox alman maşınlarında rast gəlinir. Bu cür işbazların qurbanına çevrilməmək üçün bəzi nüansları bilməkdə fayda var.
Avtomobilin kilometrajını geri çəkən usta və yaxud bunu etdirən şəxs Cinayət Məcəlləsinin 200, istehlakçıları aldatma maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilərlər.
Onu da qeyd edək ki, əməl külli miqdarda ziyan vurmaqla törədildikdə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Törədilən əməl zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda həmin şəxs 10 min manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org