Xanlarova ailesinde toy oldu: İzzet Bagirzade aciq etdi (FOTO)

3 İyun 2016 13:38 – xeber –
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova ötən gün paytaxt məkanlarının birində nəvəsi Fəxriyə kiçik toy edib.
Lent.az-ın məlumatına görə, aktrisanın nəvəsinin xoş gününə həmkarları ilə yanaşı, şou-biznesin tanınmış simaları dəvətli olublar. Gecəni ilk olaraq giriş sözü ilə M.Xanlarova açıb: "Buraya gələn dostlarıma təşəkkür edirəm. Mən çox danışmağı sevmirəm. Ona görə də bütün dostlarımı rəqsə dəvət edirəm".
Aktrisanın dəvətindən sonra müğənnilər mahnıları bir-birinin ardına düzüb və qonaqlar rəqs etməyə başlayıblar. Toy müzakirəsiz də ötüşməyib. Əməkdar artist Mətanət İsgəndərlinin müğənni İzzət Bağırzadədən öncə mahnı ifa etməsi ikincinin ürəyincə olmayıb. Belə ki, İ.Bağırzadə M.İsgəndərlidən öncə ifa etməli imiş. Amma M.Xanlarova öncə səhnəyə  M.İsgəndərlini dəvət edib. Bu addım isə İ.Bağırzadənin xoşuna gəlməyib və acıq edərək məkanı tərk edib.
Yaşanan bu hadisəylə bağlı M.Xanlarova fikrini bildirib: "İzzətin niyə belə etdiyini anlamadım. Acıq edib, gedib. Amma canı sağ olsun. O da məni öz balasının toyuna çağırar, mən də gedərəm. Onun Mətanət xanımdan öncə ifa etmək istəyini mən bilmirdim".
Qeyd edək ki, M.Xanlarovanın qızı Aysel 2009-cı ildə Cəlilabad rayonuna gəlin köçüb və həmin evlilikdən Fəxri, Mehriban və Sevda adlı övladları var. 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org