Xanim jurnalistler mukafatlandirildi – Musabiqe


[r32]
– xeber –
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında keçirdiyi "Azərbaycanın maarifçi qadınları" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əsrlər boyu Azərbaycan qadınının cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rolu olduğunu deyib:
"İlk dəfə xanım jurnalistlər arasında müsabiqə keçirildi. Ötən ilin dekabrın 8-də elan olunan müsabiqəyə fevralın 8-də yekun vuruldu. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb".
"Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Azərbaycan qadınlarının cəmiyyətdə yeri və rolu vacib məsələdir. Onun sözlərinə görə, maarifçi qadınların fəaliyyətinin ictimai əhəmiyyəti böyükdür: "İndi ölkəmizdə söz və mətbuat azadlığı var. Dünya qloballaşıb, informasiya ilə işləmək imkanları genişlənib, hazırda imzanın görünməsi asandır. Vaxtilə çadraya bürünən qadınların səhhəti bahasına, bəzən ölüm ilə üzləşərək maarifçilik ideyalarının yayılması çətin idi. Azərbaycan qadını dünya xanımlarından türk mənəviyyatı, mübarizliyi, ərənliyi, İslami dəyərlərə bağlılığı, dərin mənalı ismətə bürünməsi ilə seçilir. Bu keyfiyyətlərlə qadınlarımız daim cəmiyyətə təsir göstərir".
Sona Vəliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara ilk dəfə səsvermə hüququ verildiyinə diqqət çəkib: "Bu il ADR-in 100 illik yubileyidir, bu böyük zaman kəsiyində Azərbaycan qadınının keçdiyi tarixi yol şərəflidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyəri xüsusi vurğulamaq istərdim, Rusiyaya təhsil üçün göndərilən şəxslərin yarısı qadınlar idi. Ulu öndər dövlətçilik təfəkkürünün oyanması üçün qadınlarımıza şərait yaradırdı".
Sona Vəliyeva vurğulayıb ki, I vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı ölkədə qadın siyasətinin önəmli sahələrdən biri olduğunu göstərir.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında bildirib ki, informasiya əsrində, qlobal dünyada hansı xalq daha çox elmə əsaslanırsa, öncül xalqlardan hesab olunur:
"Elmin inkişafında qadınların rolu kifayət qədər böyükdür. Azərbaycanda bir sıra hallarda təhsilə münasibət, qızların məktəbə göndərilməməsi, təhsil verilməməsi məni narahat edir. Təhsilsiz cəmiyyətin inkişafı şübhə altına düşür. Azərbaycanda ilk dəfə qadına seçki hüququ verilib. Siyasətimizi düzgün qurmasaq, Bakının mərkəzində ucaldılan “Azad qadın” heykəlinin qarşısında piketlər görə bilərik, bu heykəlin götürülməsi təbliğ oluna bilər. Bu, çox qorxulu tendensiyadır. Qadınlarımızın hüquqlarının qorunmasında onlara dəstək verməliyik".
Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu layihə tədqirə layiqdir: "Mən təəssüf edirəm ki, bu müsabiqədə cəmi 26 jurnalist iştirak edib. Gələcəkdə daha çox qadının iştirak edəcəyini düşünürəm. Yazılardan hazırlanan kitabın əhəmiyyəti də böyükdür”.
"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı da çıxışında Azərbaycan maarifçi xanımlarının cəmiyyətdəki danılmaz rolunun daha geniş işıqlandırlmasının vacib olduğunu qeyd edib: "Bu gün Azərbaycan xanımın proritetləri yanlış nümayiş etdirilir. Pop ulduzdan kumir yaradılır. Amma bizim örnək göstərcəyimiz maarifçi qadınlarımız var. Zaman-zaman bədii əsərlərdə bu qadınların obrazlarının gündəmə gətirilməsi vacibdir. Belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq saçar".
Sonda qaliblər mükafatlandırılıb. Mükafatlandırlanlar arasında Teleqraf.com saytının əməkdaşı da var.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org