“Xan Şusinski dedi ki, onlar meni…” – Video

10:00 – xeber – Axar.az-ın “Qızıl duetlər” layihəsinin onuncu dueti böyük sənətkarların – Xan Şuşinski, Yaqub Məmmədov və Sara Qədimovanın birgə ifa etdiyi “Qarabağ şikəstəsi” triosudur.
 
Bənzərsiz səs sahibi Xan Şuşinski 1901-ci il avqustun 20-i Şuşa şəhərində anadan olub. Onun bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin böyük təsiri olub.
 
Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutur.
 
Onun tələbəsi, digər korifey sənətkarımız Sara Qədimova da istər ifa etdiyi mahnılara, istərsə də gözəl səsinə görə sevilir. Sara Qədimova ustadı Xan Şuşinski haqda xatirələrində onun necə böyük sənətkar və insan olduğunu bu cümlələrlə bildirmişdi:
 
“Xan Şuşinskinin böyüklüyü haqda danışmağa ehtiyac yoxdur. Biz onunla İran, Özbəkistan və başqa ölkələrdə olmuşuq. Bir dəfə Filarmoniyadan çıxıb harasa gedirdik. Tələbələr, müəllimlər də bizə baxırdılar. Birdən Xan mənə dedi ki, Sarış, onlar sənə baxmağa çıxıblar, ya məni izləyirlər? Mən də cavab verdim ki, Xan, sən yaraşıqlısan, əlbəttə, sənə baxırlar. O da qayıtdı ki, yox, sənə görə çıxıblar, Sarış. Həmişə mənə Sarış deyə xitab edərdi”.
 
Duetin digər nümayəndəsi isə görkəmli xanəndə Yaqub Məmmədovdur. O, 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağda boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.
 
Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənib, musiqi və poeziya sahəsində dərin biliklər qazanıb.
 
Sənətkar uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Onun ifasında qrammofon vallarına yazılmış muğam dəsgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.
 
Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaradıb. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnib.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org